DÜNYA
Bağdadda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb
Bakı, 20 iyul, AZƏRTAC
İraqın paytaxtı Bağdadın şərqində yerləşən, şiələrin sıx yaşadığı Madinat-Sədr rayonunun bazarında baş vermiş intihar bombasının partlaması nəticəsində ölənlərin sayı 35-ə çatıb, 60-dan çox yaralı var.
AZƏRTAC Al Arabia telekanalına istinadla xəbər verir ki, terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb. Yerli xəstəxana həkimləri yaralıların bəzilərinin vəziyyəti ağır olduğu üçün ölənlərin sayının arta biləcəyini bildiriblər.
Qeyd olunub ki, ölənlər arasında qadınlar və uşaqlar da var.
Baş verən terror hücumunu müzakirə etmək üçün yüksək təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə təcili bir toplantı keçirən İraqın Baş naziri Mustafa əl-Kazımi insidentin təcili araşdırılması barədə tapşırıq verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]