“Bakcell” şirkəti SMS-lərin idarə edilməsinə imkan yaradan yeni platforma istifadəyə verib
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Bakcell” şirkəti reklamçılar tərəfindən öz müştərilərinə göndərilən kütləvi SMS-lərin idarə edilməsinə imkan yaradan yeni platformanı müştərilərinin istifadəsinə verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, yeni xidmət müştərilərin arzuolunmaz ticari reklamları almamalarına kömək edəcək. Onlar istədikləri mağazaların, şirkətlərin, bankların və ya müvafiq hesab etdikləri hər hansı digər hesabların adları yazılmış fərdi “ağ siyahı”larını yaradaraq, yalnız arzu etdikləri reklam mesajlarını qəbul edə biləcəklər. İstifadəçilər “5595” qısa nömrəsinə “STOP” yazısını göndərməklə reklam mesajlarının qəbulunu birdəfəlik dayandıracaqlar. Eyni zamanda, etibar etdikləri mənbələrdən SMS-lər almaq üçün müəyyən mağazanın, bankın və s. adı yenidən “5595” qısa nömrəsinə göndərilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]