“Bakcell” şirkəti “Ulduzum” bahar lotereyasının nəticələrini elan edib
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycanın mobil operatoru “ Bakcell” şirkəti “Ulduzum” bahar lotereyasının nəticələrini elan edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, lotereyada 70 nəfər ALOV smartfonlarını udub. İngiltərənin Mançester şəhərinə 2 nəfərlik səyahət kuponunu isə 11 uduş şansı ilə lotereyanın əsas qalibi elan edilmiş Aygün Ələkbərova qazanıb. Lotereyada iştirak edən, lakin qalib gəlməyənlər isə “Bakcell” şəbəkəsi daxilində 20 dəqiqəlik pulsuz danışıq hədiyyəsi qazanıblar.
“Ulduzum” proqramının tərəfdaşları olan “Hesab.az”, “Megafun” və “189 Taksi” xidmətinin iştirakı ilə keçirilən lotereya martın 17-dən mayın 25-dək davam edib. Lotereyada iştirak etmək üçün əsas şərtlərdən biri ən azı 5 manat xərcləməklə proqram tərəfdaşlarının təqdim etdiyi xidmətlərin birindən “Ulduzum” kodu vasitəsilə endirim almaq və xərclənən hər 5 manat üçün 1 uduş şansı əldə etmək idi. Xərclənən məbləğ 20 manata çatdıqdan sonra şanslar 2 dəfə artırdı və hər bir iştirakçı xərclədiyi 15 manat üçün 3 və 20 manat üçün 4*2=8 uduş şansı qazana bilirdi.
ALOV smartfonlarını qazanan qaliblərin adları http://ulduzum.az/lottery.php?lang=az&opt=winners linkində yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]