BAKCELL YENİ “MELOTON” XİDMƏTİNİ TƏQDİM ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti öz abunəçilərinə yeni “Meloton” xidmətini təqdim etmişdir.
Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 28-dən başlayaraq, Bakcell abunəçiləri bu xidmətdən yararlana bilərlər. Yeni “Meloton” xidməti vasitəsilə Bakcell abunəçiləri standart çağırış zənglərini istədikləri ifadə və ya musiqi parçaları - “Melotonla” əvəz edə bilərlər. “Meloton” xidmətini sifariş etmək üçün telefonda *123*Melotonun kodu#yes yığmaqla, USSD sorğusu göndərmək lazımdır. Abunəçilər, həmçinin “Meloton”un kodunu SMS vasitəsilə 6970 nömrəsinə göndərə bilərlər. Qısa müddətdən sonra abunəçi müəyyən melodiya və ya ifadənin sifariş verilməsi haqqında təsdiqedici SMS alacaqdır.
Klass abunəçiləri üçün 1 “Meloton”un qiyməti ƏDV daxil olmaqla 1 manat, Cin Kart abunəçiləri üçün isə 250 kontur təşkil edir. Melodiya və ya ifadənin istifadə müddəti 30 gündür.
Bakcell abunəçiləri “Meloton” xidməti haqqında əlavə məlumatla www.meloton.az saytında tanış ola bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [20:16]
Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO
- 28.05.2026 [14:58]
Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb
- 28.05.2026 [13:47]
Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir
- 28.05.2026 [12:05]
Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub
- 28.05.2026 [09:57]
Dünya bazarında qızıl 64 dollar ucuzlaşıb
- 28.05.2026 [09:54]
Dünya birjalarında neft bahalaşıb
- 28.05.2026 [09:34]