Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin olunub
Bakı, 25 avqust, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 5, 6, 12 və 13-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri Bakı və Gəncə Dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [13:05]
Yeddi ayda sığorta bazarı 7,3 faiz artıb
- 25.08.2026 [11:53]
“Bitcoin”in qiyməti 80,5 min dolları ötüb
- 25.08.2026 [11:40]