BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 27 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4910 manat olmuşdur. Təklifin həcmi 27 min və tələbin həcmi 20 min dollar olduğu halda, manatın məzənnəsi 3 bənd qalxmış və 1 dollar üçün 4907 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4907,87 manat həddində idi.
BEST-də USDAZM T+0 aləti üzrə 3 milyon 526 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 17,305 milyarddır. Bir əqdə, orta hesabla, 440 min 750 dollar düşmüşdür.
BEST-də USD/AZM aləti üzrə 315 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 1,545 milyarddır. Bir əqdə, orta hesabla, 315000 dollar düşmüşdür.
USD/AZM T+2 aləti üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
Banklar BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 39,805 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyunun 9-da birjada banklar arasında kredit alətləri üzrə əqd
bağlanmamışdır.