BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 150 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4905 manata bərabər olmuş və hərracların yekunlarına görə dəyişməz qalmışdır. Tələb və təklif 150 min dollar təşkil etmişdir.
BEST elektron hərraclarının birja sistemində bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 ABŞ dolları üçün 4904,25 manat həddində olmuşdur. BEST-də USD/AZM T+0 aləti üzrə 5 milyon 322 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 26,100 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 443500 dollar düşmüşdür. USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
BEST-də banklar AUR/AZM, RUR/AZM aləti üzrə sifarişlər verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar 37,851 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyulun 26-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.