BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə iyunun 25-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8144 AZN olmuşdur.
Elektron hərraclarının birja sistemində səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8151 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 252 650 AZN həcmində əqdlər qeydə alınmamışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 773 680 476 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8144 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 1 260 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 1 026 330 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 252 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP-USD/AZN üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. EHBS-də banklar AVR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,71 faiz, ABŞ dolları üzrə isə 16,14 faiz təşkil etmişdir.
İyunun 25-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.