Bakı Dövlət Universitetində 5 minədək tələbə onlayn imtahanları müvəffəqiyyətlə verib
Bakı, 10 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) onlayn yay imtahan sessiyası uğurla davam edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iyunun 9-da bakalavriat pilləsində təhsil alan 218 qrup üzrə 4668 (202 nəfəri “SABAH” qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 51 ixtisaslaşmada 45 fənn üzrə 170 magistrant imtahan verib. İmtahanların gedişi dekanlar, kafedra müdirləri və prorektorlar tərəfindən izlənilib. Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Qeyd edilib ki, onlayn keçirilən yay imtahan sessiyası iyulun 10-da yekunlaşacaq.