Bakı Fond Birjasında birja üzvləri ilə görüş olub
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Bakı Fond Birjasında (BFB) birja üzvləri ilə görüş keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə korporativ qiymətli kağızlar bazarında hazırkı aktivlik, cari ildə baş vermiş mühüm hadisələr və 2022-ci ildə görüləcək işlər barəsində müzakirələr aparılıb, kapital bazarı ilə bağlı maarifləndirmə görüşlərinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Bakı Fond Birjası tərəfindən birja üzvləri olan investisiya şirkətləri ilə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədilə mütəmadi olaraq görüşlər keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]