BAKI FOND BİRJASINDA QISAMÜDDƏTLİ NOTLARIN YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də Bakı Fond Birjasında Milli Bankın qeydiyyatından keçmiş, ümumi məbləği 50 milyon manat, hərraca çıxarılan məbləği 30 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Səkkiz investorun iştirak etdiyi hərracda sifarişlərin nominal məbləği 21 milyon 464 min 600 manat təşkil etmişdir.
Notların nominal üzrə reallaşdırılmış dəyəri 2 milyon 187 min 600 manat, qeyri-rəqabətli sifarişlər də daxil olmaqla, 20 milyon 759 min 400 manat məbləğində müəyyənləşdirilmişdir.
Notların ödəmə tarixi oktyabrın 29-dur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]