BAKI-MƏRDƏKAN ŞOSESİNİN BİR HİSSƏSİ QEYRİ-MÜƏYYƏN MÜDDƏTƏ BAĞLANACAQDIR
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, iyunun 7-dən yol tikintisi işləri ilə əlaqədar Bakı-Mərdəkan şosesinin Heydər Əliyev prospekti ilə Ağa Neymətulla küçəsi arasındakı hissəsində nəqliyyatın hərəkəti qeyri-müəyyən müddətə tam bağlanacaqdır.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, Bakıdan Mərdəkana, aeroporta və əksinə alternativ yollardan, xüsusilə, Nobel prospekti ilə yeni salınmış Hövsan-Aeroport yolundan istifadə olunması tövsiyə edilir.