Bakı metropoliteninin stansiyalarında “İşıqlı həyat” işıq qaytarıcıları paylanılmışdır
Bakı, 19 noyabr (AZƏRTAC). Cari ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ölkəmizdə ilk dəfə “Qaranlıqda görün” şüarı altında həyata keçirdiyi “İşıqlı həyat” sosialyönümlü layihə çərçivəsində Bakı Metropoliteninin Gənclik, 20 Yanvar və Elmlər Akademiyası stansiyalarında işıq qaytarıcıları paylanılmışdır. Azərbaycanda ilk dəfə böyük və yeni sosial layihə olan “İşıqlı həyat”ın əsas məqsədi Azərbaycan əhalisinin, xüsusən yeniyetmə və gənclərin gecə saatlarında yol təhlükəsizliyini təmin etmək, ölkəmizdə yol-nəqliyyat hadisələri zamanı baş verə biləcək ölüm faktlarının qarşısını almaqdır.
Qeyd edək ki, “İşıqlı həyat”a qoşulan hər kəs xüsusi işıq qaytarıcılarından istifadə edərək layihəyə dəstək verir, eyni zamanda öz təhlükəsizliyini nisbətən təmin etmiş olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]