Bakı Musiqi Akademiyasında tanınmış bəstəkarların əsərləri səsləndirilib
Bakı, 22 dekabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “İxtisas Fortepiano” kafedrasının tələbələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli konsert keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsertdə kafedranın istedadlı tələbələri parlaq çıxışları ilə dinləyicilərin zövqünü oxşayıblar.
Zəngin konsert proqramında tanınmış bəstəkarlar Sergey Raxmaninov, Ferens Listin, Friderik Şopenin və digərlərinin əsərləri səsləndirilib.
Konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb.