Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə 17 layihə və müsabiqə həyata keçirib
Bakı, 22 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi il ərzində təhsil müəssisələrində 17 layihə və müsabiqə həyata keçirib.
Təhsil idarəsindən AZƏRTAC-a bildirilib ki, layihə və müsabiqələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda sağlam rəqabət hissini formalaşdırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarət olub.