Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi Fəxri xiyabanı ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) kollektivi Elm və Təhsil Nazirliyinin kollektivi ilə birgə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb.