Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı İspaniya mətbuatının da diqqət mərkəzindədir
Madrid, 31 oktyabr, AZƏRTAC
İspaniyanın EFE informasiya agentliyinə istinad edən bu ölkənin mətbuatı Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı haqqında yazır.
AZƏRTAC xəbər verir ki, “El Confidencial” nəşrində dərc edilən “Türkiyə, Azərbaycan və Gürcüstan liderləri Bakı-Tbilisi-Qars dəmir yolunu açdılar” sərlövhəli məqalədə layihənin böyük iqtisadi əhəmiyyətindən danışılır.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindəki çıxışına xüsusi diqqət ayrılıb. Azərbaycan dövləti başçısının Bakı-Tbilisi-Qars dəmir yolunu Avropa və Asiya arasında ən qısa yol adlandıraraq onu sabitlik və təhlükəsizliyin təminatçısı kimi səciyyələndirməsi xüsusi vurğulanıb.
İspaniya nəşri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da açılış mərasimindəki nitqindən sitatlar verib. Qeyd olunur ki, Rəcəb Tayyib Ərdoğan bu yol sayəsində qatarların Pekindən Londona hərəkət edə biləcəklərini xatırladıb.
Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolunun texniki göstəriciləri və daşıma imkanları haqqında ətraflı məlumat verilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]
Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb
- 08.10.2026 [19:02]
Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH
- 08.10.2026 [19:01]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:52]
Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb
- 08.10.2026 [18:51]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [18:49]