Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda ASOSAI təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupunun illik toplantısı keçirilib

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Bakıda Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə ASOSAI təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İşçi Qrupunun ilk fiziki toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov BMT Baş Assambleyasının “Dünyamızın dəyişdirilməsi: Dayanıqlı inkişaf üzrə gündəlik-2030”un icrası ilə əlaqədar Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünün beynəlxalq çağırış kimi qəbul edildiyini söyləyib. Bildirilib ki, BMT və Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində birgə tərəfdaşlığı nəticəsində ölkəmiz dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 məqsədi, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. Palata sədri əlavə edib ki, 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat (KMH) təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında iki Könüllü Milli Hesabat təqdim edən ilk ölkə olub. Həmçinin ölkəmiz ötən dövr ərzində “2030 Gündəliyi”nə sadiqliyini nümayiş etdirib.

“DİM-lərin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılmasına ölkəmizdə xüsusi önəm verilir. Bu baxımdan 2016-cı ildə Prezident tərəfindən BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair Fərman imzalanıb”, - deyə palata sədri qeyd edib.

Vurğulanıb ki, hazırda beynəlxalq müstəvidə Ali Audit Orqanları tərəfindən ciddi şəkildə dəstəklənən DİM dövlətin sosial-iqtisadi hədəflərinin reallaşdırılmasında mühüm təşəbbüs olaraq qəbul edilir. DİM Ali Audit Orqanlarının (AAO) fəaliyyətini koordinasiya edən INTOSAI (The International Organization of Supreme Audit Institutions), həmçinin Avropa ölkələri üzrə eyni fəaliyyəti həyata keçirən EUROSAI, Asiya regionu üzrə ASOSAI təşkilatı və AAO-ların digər beynəlxalq təşkilatları tərəfindən də davamlı şəkildə dəstəklənən təşəbbüsdür. AAO-ların birbaşa rolu bu istiqamətdə qəbul edilən layihə və proqramların fəaliyyət auditinin həyata keçirilməsidir. INTOSAI və EUROSAI uzun müddətli dövrdə öz strateji sənədlərində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirib.

Bildirilib ki, 2016-cı ildə DİM-lə bağlı “Dayanıqlı İnkişaf Məqsədləri: Ali Audit Orqanlarının rolu” adlı ISSAI 5130 standartı qəbul edilib. 2019-cu ildən bir sıra metodoloji sənədlərin yenilənməsi nəticəsində bu sənəd GUİD 5202 olaraq “Dayanıqlı İnkişaf Məqsədləri: Ali Audit Orqanlarının rolu” adlı təlimat kimi qəbul edilib. Bu sənəd də ətraf mühit və dayanıqlı inkişaf auditləri keçirən AAQ-lar üçün əsas addımlar hesab olunur. Onun sözlərinə görə, qlobal məqsədlər kimi də tanınan Dayanıqlı İnkişaf Məqsədləri bütün insanların sülh və firavanlıq içində yaşaması, planetimizin mühafizəsi, ədalətin təmin edilməsi kimi ali məqsədlər daşımaqla dünyamızı dəyişdirməyi hədəfləyir. Təbii olaraq bu məqsədlərin həyata keçirilməsi böyük vəsaitlərin ayrılmasını tələb edir ki, bu da həmin vəsaitlərin məqsədyönlü istifadəsi, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində AAO-ların mühüm iştirakını qaçılmaz edir.

Diqqətə çatdırılıb ki, Hesablama Palatasının 2021-2025-ci illəri əhatə edən Strateji Planında 9 strateji hədəf müəyyən edilib. Bu hədəflərdən üçüncüsü səmərəlilik (performans) auditinin əhatə dairəsinin artırılması ilə bağlıdır. Qeyd edilən çağırışlar nəzərə alınaraq performans auditi üzrə qarşıdakı illərdə seçilən mövzuların Dayanıqlı İnkişaf Məqsədlərinin hədəfləri ilə uzlaşması mühüm tələblərdən biri kimi müəyyənləşdirilib. Bu əsasda 2021-ci il üzrə 4, 2022-ci il üzrə isə 5 audit mövzusu seçilib. 2021-ci ildə seçilən mövzulardan 2-si, 2022-ci ildə isə 5-i üzrə Dayanıqlı İnkişaf Məqsədləri qiymətləndirilməsi aparılıb. Bu halda Dayanıqlı İnkişaf Məqsədlərinin hədəfləri audit meyarlarından biri kimi qəbul edilib. Keçirilən auditlərdə DİM-in qlobal göstəricilər sisteminə daxil olan indikatorları üzrə Dövlət Statistika Komitəsi tərəfindən hesablamaların audit nəticələri ilə uzlaşıb-uzlaşmadığı da təhlil olunub. Qeyd edilib ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin “Hökumətlərarası Dəstək Ofisi” və “Dayanıqlı İnkişaf üçün Koordinasiya Mərkəzi” tərəfindən BMT-yə üzv ölkələr tərəfindən təqdim edilmiş Könüllü Milli hesabatlarda qabaqcıl təcrübələrə dair Hesabat “Dünyamızın transformasiyası: 2030 Gündəliyi”nin qəbulundan sonra hər il hazırlanmaqla qabaqcıl təcrübələri özündə ehtiva edir.

Auditorlar Palatasının sədri Vahid Novruzov isə çıxışında deyib ki, maliyyə nəzarəti qurumları Dayanıqlı İnkişafın Məqsədlərinə nail olmaqla da öz potensialını ortaya qoyurlar. V.Novruzov qeyd edib ki, maliyyə nəzarəti, ilk növbədə, Ali Audit Qurumlarının Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması cəbhəsinin mühüm iştirakçısı kimi idarəetmənin bütün səviyyələrində DİM-in 16-cı məqsədinə uyğun, səmərəli və şəffaf hesabatlılığın bərqərar olmasında əvəzolunmaz potensiala malikdir.

Onun sözlərinə görə, 16-cı Dayanıqlı İnkişaf məqsədinin tələb etdiyi "Sülh, ədalət və səmərəli institutlar hökumətin və vətəndaş cəmiyyətinin koalisiyası”nı, başqa sözlə, "Açıq Hökumət" Proqramının icrasını zəruri edir. Bu zərurət Dayanıqlı İnkişaf Məqsədlərinin digər bəndlərində də tələb olunur.

Qeyd olunub ki, qazanılan uğurlu nəticələrlə yanaşı, korrupsiya və cinayət yolu ilə əmlakın əldə edilməsi və ondan istifadə halları tam aradan qaldırılmayıb. Belə halların yolverilməz olduğunu vurğulayan Prezident İlham Əliyevin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı" bu istiqamətdə çox mühüm kompleks tədbirlərin reallaşdırılmasını hədəfləyir.

Vurğulanıb ki, çox aktual problemlərdən biri də aparılan yoxlamalarla bağlı risk qiymətləndirilməsi sisteminin yaradılması və yoxlamaların risklərin idarə edilməsi əsasında tayin olunmasının təşkili problemidir. Bu problemin həlli beynəlxalq təcrübənin tətbiqini ön plana çəkir ki, bu da bugünkü tədbirin aktuallığına dəlalət edir.

Sonra Hesablama Palatasının yaradılmasının təşəbbüskarı olan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı film nümayiş etdirilib.

Tədbir digər çıxışlarla davam edib.

Qeyd edək ki, Hesablama Palatası da daxil olmaqla, 11 ali audit orqanının iştirakı ilə keçirilən toplantı mayın 25-dək davam edəcək. Tədbir zamanı üzv AAO-ların DİM-lərə hazırlıq və DİM-lərin auditi sahəsində əldə etdikləri nailiyyətlərdən, həmçinin qabaqcıl təcrübələrdən bəhs olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib