Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA AZƏRBAYCAN-ABŞ BİZNES FORUMU KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də “Hyatt Recency-Naxçıvan” mehmanxanasında ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə “Azərbaycanın qeyri-neft iqtisadiyyatı: ticarət və sərmayə imkanları” mövzusunda Azərbaycan-ABŞ biznes forumu keçirilmişdir.

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində ABŞ-Azərbaycan arasında biznes əlaqələrini genişləndirmək məqsədi daşıyan forumu ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədrləri Ceyms Beyker və Riza Vəziri açaraq tədbirin əhəmiyyətini vurğulamışlar.

Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə informasiya texnologiyaları və kommunikasiya sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən, sərmayə imkanlarından danışmışdır.

Ölkə iqtisadiyyatının hazırkı vəziyyəti barədə məlumat verən nazir bildirmişdir ki, Azərbaycanın son illərdəki iqtisadi inkişaf sürəti bütün dünyanın diqqətini cəlb etmişdir. Respublikamızda ötən il iqtisadi artım 26 faiz təşkil etmiş, bu il isə 35-40 faiz olacağı gözlənilir.

Azərbaycan iqtisadiyyatına hər il təxminən 5-7 milyard ABŞ dolları məbləğində xarici sərmayə qoyulduğunu diqqətə çatdıran Ə.Abbasov demişdir ki, iqtisadi siyasətimizn əsas məqsədi ölkədə davamlı və dayanıqlı iqtisadi inkişafı təmin etməkdir. Bunun üçün əsas istiqamət qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

Nazir bu istiqamətdə İKT-nin böyük rol oynadığını bildirmişdir. Bu sektoru gələcək iqtisadi imkanlarımızın prioritet istiqaməti hesab edən Azərbaycan hökuməti, şəxsən Prezident İlham Əliyev sahənin inkişafına böyük diqqət yetirir. Təsadüfi deyil ki, dövlətimizin başçısının cari ilin aprelində ABŞ-a rəsmi səfərindən sonra Birləşmiş Ştatlara göndərdiyi ilk nümayəndə heyəti ölkələrimizin İKT sahəsində əməkdaşlığının yeni mərhələsini qurmaq kimi vacib bir vəzifəni qarşıya qoymuşdu.

Ə.Abbasov artıq 8 aydır ki, Azərbaycan Respublikası ilə ABŞ arasında İKT sahəsində əməkdaşlığın genişləndirilməsini təmin edəcək hökumətlərarası rəsmi sənədin - Anlaşma Memorandumunun üzərində işləndiyini diqqətə çatdırmışdır.

Azərbaycan iqtisadiyyatında enerji sektorundan sonra İKT-nin ən dinamik inkişaf edən bölmə olduğunu vurğulayan nazir bu sektorda illik artımın 35-40 faiz olduğunu demişdir. Bu rəqəm dünya üzrə orta göstəriciləri 2-3 dəfə ötüb keçir. İKT sektoruna ildə 100-150 milyon dollar sərmayə qoyulur ki, bunun da 80 faizi yerli kapitalın payına düşür.

Bu sektora yönəlmiş birbaşa xarici sərmayələrin həcminin aşağı olmasının rəqabət mühitinin, tənzimləmə proseduralarının, hüquqi bazanın formalaşmasındakı müəyyən problemlərlə bağlı olduğunu vurğulayan Ə.Abbasov, bu səbəbdən informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiyanın və Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (2005-2008) qəbul edildiyini demişdir. Bu sahədə islahatlar özəlləşdirmənin davam etdirilməsi, bazarda liberallaşmanın aparılması, sərbəst tənzimləyici qurumun mərhələ ilə yaradılması kimi üç əsas istiqamətdə həyata keçirilir.

Bu işlərdə beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının, BMT-nin İnkişaf Proqramının, ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin, digər təşkilatların iştirakı təmin edilmişdir. Elektron hökumət, yeni poçt sistemi, virtual İpək Yolu, fiberoptik kanal üzərində qurulan magistral informasiya şəbəkəsi, orta məktəblərdə informasiya texnologiyalarının tətbiqi, rəqəmsal televiziya sisteminin qurulması və s. kimi irimiqyaslı layihələrin həyata keçirilməsinə başlanmışdır.

Lakin bütün bunların ölkədə davamlı iqtisadiyyatın qurulması üçün kifayət etmədiyini bildirən Ə.Abbasov, bu səbəbdən də Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin Azərbaycanda xüsusi iqtisadi və texnoloji zonaların yaradılması kimi böyük layihələrin həyata keçirilməsini vacib hesab etdiyini diqqətə çatdırmışdır. Bu məqsədlə beynəlxalq ekspertlər qrupunun köməyi ilə hökumətə təqdim edilmək üçün tövsiyələr toplusu hazırlanır. Bu tövsiyələr innovasiya sahibkarlığına təkan verəcək texnoparkların, elektron avadanlığın və proqram məhsullarının istehsalı və ixracı üzrə regional bazarın, ölkə daxilində əhalinin müasir infokommunikasiya xidmətlərindən istifadəsinin təşkili üçün infrastrukturun, region ölkələrinə elektron xidmətlərin göstərilməsinə imkan verəcək Qərb ilə Şərq arasında tranzit informasiya məkanının və insan resurslarının inkişafına xidmət edəcək beynəlxalq informasiya texnologiyaları universitetinin yaradılmasına dair layihələrin həyata keçirilməsini əhatə edir.

Azərbaycan bu layihələrin həyata keçirilməsində ABŞ hökuməti və şirkətləri ilə əməkdaşlığa xüsusi diqqət yetirir. Bu, bir tərəfdən, onunla bağlıdır ki, İKT-nin vətəni Birləşmiş Ştatlardır. ABŞ şirkətlərinin istehsal və investisiya potensialı digər ölkələrlə müqayisədə xeyli yüksəkdir. Ən əsası isə indi Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksək səviyyədə olmasıdır. Bu münasibətlər iqtisadi əməkdaşlıq üçün etibarlı təməl rolunu oynayır. Bu amil Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi ilə təsdiq edilmişdir.

İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişaf göstəriciləri haqqında danışmış, həyata keçirilən irimiqyaslı layihələri qeyd etmişdir. O bildirmişdir ki, sürətli iqtisadi inkişaf nəticəsində Azərbaycan regionun liderinə, Bakı isə iqtisadi mərkəzinə çevrilmişdir.

ABŞ-Azərbaycan münasibətlərindən söz açan Birləşmiş Ştatların ölkəmizdəki səfiri, xanım Ann Ders demişdir ki, onun ölkəsi Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirir. Prezident İlham Əliyevin cari ilin aprelində ABŞ-a rəsmi səfəri əməkdaşlığımızda yeni səhifə açmışdır.

ABŞ-ın Azərbaycan ilə əməkdaşlığının əsasən üç sahəni - təhlükəsizlik, enerji və demokratiyanın inkişafını əhatə etdiyini diqqətə çatdıran xanım Ann Ders, terrorizmə qarşı mübarizədə Azərbaycanın fəal iştirakının Birləşmiş Ştatlarda yüksək qiymətləndirildiyini demişdir. Bu mübarizəyə ilk qoşulan ölkələrdən olan Azərbaycan hərbçiləri Əfqanıstanda, İraqda və Kosovoda sülhün təmin olunmasında yaxından iştirak edirlər.

Bakı-Tbilisi-Ceyhan layihəsini ölkələrimizin enerji sahəsində əməkdaşlığının gözəl nümunəsi kimi səciyyələndirən səfir, hazırda Xəzər hövzəsi enerjidaşıyıcılarının Azərbaycandan Avropaya nəqli məsələsinin gündəlikdə olduğunu demişdir.

A.Ders ABŞ-ın Azərbaycanda demokratiyanın inkişafını dəstəklədiyini bir daha bəyan etmişdir.

Sonra rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Birləşmiş Ştatların Bakıdakı səfiri, xanım Ann Ders Azərbaycan ilə ABŞ arasında İKT sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalamışlar.

Ə.Abbasov bildirmişdir ki, sənəd Azərbaycan və ABŞ hökumətlərinin ölkələrimiz arasında İKT sahəsində əməkdaşlığın möhkəmləndirilməsində daha çox səy göstərmələrinə imkan yaradacaqdır.

Fasilədən sonra forumda nümayəndələri iştirak edən “Harris Corporation”, “Science Applications İnternational Corporation” (SAIC), “Symantec Corporation”, “Lockheed Martin”, “Trimble Navigation”, “Omni Communications” “HP”, “ORACLE” və “Booz Allen Hamilton” şirkətlərinin təqdimatı olmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib