Bakıda Azərbaycan-Belarus hökumətlərarası komissiyanın 15-ci iclası keçiriləcək
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Bakıda Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, iclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edəcəklər.
Tədbirdə iki ölkə arasında 2024–2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası müzakirə olunacaq, eyni zamanda sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika, ticarət və investisiya sahələrində birgə layihələrin icrası imkanları nəzərdən keçiriləcək.
Oktyabrın 29-da Komissiyanın həmsədrlərinin rəhbərliyi ilə nümayəndə heyətinin Füzuli və Ağdam rayonlarına səfəri planlaşdırılıb. Səfər çərçivəsində bir sıra layihələrə baxış keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]