Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransı keçiriləcək
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan 2024-cü ildə Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) konfransına ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bunu noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının baş prokuroru, BPA-nın vitse-prezidenti Kamran Əliyev deyib.
Baş prokuror Kamran Əliyev bildirib ki, tədbirdə bütün dövlətlərin baş prokurorlarının iştirakı nəzərdə tutulub. Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycanın Baş Prokurorluğu arasında əməkdaşlıq yeni deyil. Azərbaycan Prokurorluğunun nümayəndələri bu qurumun rəhbər orqanlarında təmsil olunurlar.
Kamran Əliyev əlavə edib ki, 2021-ci ildə Assosiasiyanın direktoru Azərbaycana səfər edib. Səfər çərçivəsində müəyyən məsələlər müzakirə olunub və 2024-cü ildə Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransının Bakıda keçirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]