MƏDƏNİYYƏT
Bakıda “Diplomatiya tarixi və diplomatiya dərsləri” adlı fotosərgi açılıb
Bakı, 6 fevral, AZƏRTAC
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) “Diplomatiya tarixi və diplomatiya dərsləri” adlı fotosərgi açılıb.
RİMM-dən AZƏRTAC-a verilən məlumata görə, sərginin ekspozisiyası Rusiyada Diplomatik İşçilər Gününə həsr edilib. Rusiya diplomatik işçilərinin peşə bayramı Rusiya Prezidenti Vladimir Putinin fərmanına müvafiq olaraq 2002-ci ildən bəri hər il fevralın 10-da qeyd edilir.
Ekspozisiyanın əsasını müxtəlif dövrlərə aid, o cümlədən Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin tarixini əks etdirən fotosənədlər təşkil edir.
Sərginin ilk tamaşaçıları bakılı məktəblilər və tələbələr olub. Sərgi fevralın 10-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.06.2024 [16:14]
“Nəğməyə dönmüş ömür” adlı tədbir keçirilib
- 20.06.2024 [15:22]
Mədəniyyət Nazirliyi: Təmir-bərpa və abadlıq işlərinə ciddi nəzarət olunur
- 20.06.2024 [14:57]
Beynəlxalq Muğam Mərkəzində “Pianissimo” adlı duet konsert təqdim edilib
- 20.06.2024 [14:41]
Məhəmməd Füzulinin 530 illiyinə həsr edilən muğam gecəsi təşkil olunub
- 20.06.2024 [12:36]
Ölkəmiz Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında təmsil olunub
- 20.06.2024 [11:35]