Bakıda Dövlət Bayraq Gününə həsr olunmuş reqbi üzrə açıq turnir keçiriləcək
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakıda 9 noyabr - Dövlət Bayraq Gününə həsr olunmuş reqbi üzrə açıq turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə Gürcüstan və Rusiya komandalarının da iştirakı gözlənilir.
Qeyd edək ki, turnirə hazırlıq baxımından “İnter Arena” və “Tissa” Şirkətlər Qrupunun stadionunda reqbi üzrə Bakı şəhər açıq çempionatı da təşkil edilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi yarışın nəticələrinə görə, çempionatda birinci yeri 132-134 saylı Təhsil Kompleksi, ikinci yeri Bakı Reqbi Klubu, üçüncü yerı “Tissa” komandasi tutub.