Bakıda həndbol üzrə beynəlxalq turnir keçiriləcək
Bakı, 2 may, AZƏRTAC
Mayın 9-dan 11-dək Bakıda ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda Azərbaycan və Gürcüstanın kişi həndbol komandaları mübarizə aparacaqlar.
Ölkəmizi turnirdə “Bakı” və “Məhsul” kollektivləri təmsil edəcəklər. Həndbolçularımızın rəqibləri isə Gürcüstanın U-20 və “Batumi” komandaları olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]
Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]