Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının bərpa olunan enerji mənbələri üzrə ekspertlər qrupunun iclası keçiriləcəkdir
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 20-21-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) bərpa olunan enerji mənbələri üzrə ekspertlər qrupunun ikinci İclası keçiriləcəkdir.
Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, iclasda təşkilatın sədri Akim Bədəlov və İƏT Katibliyinin nümayəndəsi çıxış edəcək və daha sonra işçi qruplar seçiləcəkdir. İclasda Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qırğızıstan, Pakistan, Tacikistan və digər ölkələrin nümayəndələri iştirak edəcəklər.
İclas çərçivəsində iştirakçı ölkələrin nümayəndələri bərpa olunan enerji mənbələri sahəsində milli siyasət, regional təsirə malik layihə və proqramlar barədə informasiya mübadiləsi aparacaqlar. Həmçinin investisiyaların təşviqi, texnologiyaların inkişafı üzrə təcrübələr və enerji səmərəliliyi layihələri, müvafiq qurumlar və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq şəbəkəsinin yaradılması və əlaqələrin gücləndirilməsinə dair məsələlər müzakirə ediləcəkdir.
İkigünlük tədbir çərçivəsində xarici ölkə nümayəndələri “Azguntex” PV modulları zavoduna, Sumqayıt Texnologiyalar Parkına, Qobustan Eksperimental Poliqonuna və Təlim Mərkəzinə baş çəkəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]