Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı keçirilmişdir [YENİLƏNİB]

Bakı, 16 oktyabr (AZƏRTAC). Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etmişdir. Oktyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı keçirilmişdir.

Zirvə toplantısında İƏT-in üzvü olan ölkələrin dövlət başçıları, bir sıra ölkələr isə hökumət rəhbərləri və parlament sədrləri ilə təmsil olunmuşlar. Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə kifayət qədər təcrübəsi olan Azərbaycanın paytaxtı Bakı İƏT-in XII zirvə toplantısına hərtərəfli hazırlaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmonu, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadı, Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaini, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarini qarşıladı.

Zirvə toplantısında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri rəsmi foto çəkdirdilər.

Azərbaycanın dövlət himni səsləndi.

İƏT-in XII zirvə toplantısını Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN açaraq dedi:

- Hörmətli dövlət və hökumət başçıları.

Azərbaycan Prezidenti, əziz qardaşım hörmətli İlham Əliyev.

Hörmətli iştirakçılar.

İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı münasibətilə dost və qardaş Azərbaycanın paytaxtı Bakıda olmaqdan böyük məmnunluq duyuruq. Həqiqətən belə möhtəşəm konfrans mərkəzində bu toplantıda sizlərlə bir arada olmaq, belə yüksək ev sahibliyini görmək bizlər üçün də ayrı bir iftixar mənbəyidir.

Bu zirvə toplantısında iki il əvvəl təhvil aldığımız sədrliyi bu gün Azərbaycana təhvil verəcəyik. Bildiyiniz kimi, bizlər qlobal iqtisadi və maliyyə böhranının bütün dünyanı olduğu kimi, bölgəmizi də mənfi yöndən təsirinə aldığı bir dövrdə sədrliyi təhvil aldıq. Sədrliyimiz müddətində ECO-nun baxışlarını genişləndirmək, əməkdaşlıq sahələrində konkret irəliləyişləri təmin etmək və təşkilatın yenidən təşkilatlanmasını sürətləndirmək üçün böyük səylə çalışdıq.

“2015-ci il ECO-ya Baxış Sənədi”ndə nəzərdə tutulan hədəflərə çatmaq üçün görülə biləcək tədbirlərlə bağlı tövsiyələr vermək üçün İstanbul zirvə toplantısı zamanı Ağsaqqallar Qrupunu təsis etdik. Ağsaqqallar Qrupu fədakarlıqla çalışaraq bizlər üçün yol bələdçisi olacağına inandığım bir hesabat hazırladı. Qarşıdakı dövrdə təşkilatımızın bu tövsiyələr əsasında sadəcə regional miqyasda deyil, qlobal səviyyədə də adını duyuracaq önəmli bir əməkdaşlıq platformasına çevriləcəyinə inanıram. Bu nöqtədə xüsusilə, üzv ölkələrin təşkilata daha çox sahib çıxmalı olduqlarına inamımı bir daha ifadə etmək istəyirəm.

Türkiyə hökumətinin başçısı ölkəmizin sədrliyi dövründə təşkilatın fəaliyyətinin daha da genişlənəcəyinə və üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına yeni töhfələrin veriləcəyinə əminliyini vurğulayaraq bildirdi:

- Azərbaycanın ECO-ya baxışın daha geniş bir əməkdaşlıq zəmininə oturdacaq fəal sədrlik edəcəyinə və təşkilatı daha da irəliyə aparacağına inamım qətidir. Türkiyə Respublikasının bu önəmli missiyanın həyata keçirilməsi zamanı həmişə olduğu kimi, dost və qardaş Azərbaycan ilə bilgi və təcrübəsini bölüşməyə hazır olduğunu xüsusilə vurğulamaq istəyirəm.

Bu düşüncələrlə Bakı zirvə toplantısının bütün üzvlər və bölgə üçün xeyirli olmasını diləyir, hörmətli dövlət və hökumət başçılarını, dəyərli iştirakçıları sevgi və sayğı ilə salamlayıram.

Sonra Rəcəb Tayyib Ərdoğan sədrliyin Türkiyədən Azərbaycan keçdiyini elan etdi.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar!

Hörmətli nümayəndə heyətlərinin başçıları!

Əziz qonaqlar, əziz dostlar!

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Məni zirvə görüşünün sədri seçdiyiniz üçün sizə minnətdaram. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan ECO-nun sədri kimi əlindən gələni edəcək ki, təşkilat daha da inkişaf etsin, konkret layihələr üzərində işləsin və təşkilata üzv olan ölkələr arasında dostluq, qardaşlıq əlaqələri daha da genişlənsin.

Fürsətdən istifadə edərək, son iki il ərzində təşkilata sədrlik

etmiş Türkiyə Respublikasına və onun rəhbərliyinə uğurlu fəaliyyət üçün minnətdarlığımı bildirmək istəyirəm.

Bizim zirvə görüşümüz çox əlamətdar tarix ərəfəsində baş verir. 1992-ci ilin noyabrında ECO-ya yeni 7 üzv daxil olmuşdur. Onlardan biri də Azərbaycan idi. Demək olar ki, o vaxtdan bu günə qədər təşkilatın yeni dövrü başlamışdır. Azərbaycan öz tərəfindən bütün dövrlərdə ECO təşkilatının fəaliyyətinə böyük önəm vermişdir və biz hesab edirik ki, ECO-nun uğurlu fəaliyyəti bütün üzv ölkələrin marağındadır. Çünki bizi həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir.

Ortaq tarixə gəldikdə, deyə bilərəm ki, xalqlarımız əsrlər boyu bir yerdə olmuş, yaşamış, yaratmışlar, bir-birinə daim dayaq olmuşlar. Təşkilatımızın bu tarixi irs üzərində formalaşması hesab edirəm ki, çox əlamətdar hadisədir. Bizi ənənələrimiz, dinimiz - müqəddəs İslam dini birləşdirir və biz çalışırıq ki, İslam mədəniyyətinin təbliği üçün öz səylərimizi göstərək. 2009-cu ildə Bakı şəhəri “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdi və biz bu şərəfli missiyanı uğurla yerinə yetirdik. 2018-ci ildə isə Azərbaycanın digər qədim şəhəri - Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” olacaqdır. Bu, islam dünyasının bizə olan böyük etimadının və hörmətinin əlamətidir. Biz öz növbəmizdə dünyada islam həmrəyliliyinin gücləndirilməsi üçün səylərimizi göstəririk. Bəzi ölkələrdə islamofobiya meyillərinin gücləndirilməsi bizi çox narahat edir, İslam müqəddəslərinin təhqir olunması bizi haqlı olaraq hiddətləndirir. Biz öz növbəmizdə islamı sülh, qardaşlıq, mərhəmət dini kimi dünyaya daha da geniş şəkildə təqdim etməliyik. Hesab edirəm ki, təşkilatımızın istiqamətlərindən biri də bu olmalıdır.

Təşkilata üzv olan ölkələr arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi qarşılıqlı surətdə dəstəkləyirik. Keçən il təşkilata üzv olan ölkələrin fəal iştirakı və dəstəyi ilə Azərbaycan BMT Təhsükəsizlik Şurasına üzv seçilmişdir. Bu fürsətdən istifadə edərək, bizi dəstəkləyən bütün qardaş ölkələri qeyd edirəm, onlara minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan da öz növbəsində ECO-ya üzv olan ölkələrin milli maraqlarının müdafiəsi üçün bütün beynəlxalq arenalarda fəal iştirak edir. Qarşılıqlı dəstək və qarşılıqlı anlaşma əlbəttə ki, təşkilatımızı da gücləndirəcəkdir. Eyni zamanda, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı ECO-ya üzv olan ölkələrin mövqeyini yüksək qiymətləndiririk və bu mövqe bu gün müzakirə ediləcək sənədlərin tərkibinə salınıbdır. Bildiyiniz kimi, uzun illərdir ki, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü pozulub, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz etmişdir. Bu təcavüz və işğal nəticəsində torpaqlarımızın 20 faizi ermənilərin işğalı altındadır, 1 milyondan artıq azərbaycanlı öz doğma Vətənində qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. 1992-ci ildə ermənilər tərəfindən Xocalı soyqırımı törədilmişdir ki, yüzlərlə günahsız insan, - onların arasında qadın, uşaq, yaşlı insanlar vardır, - qətlə yetirilmişdir. Dünyada Xocalı soyqırımını soyqırımı kimi tanıyan artıq 3 ölkə vardır. Onlardan biri bizim qardaş ölkəmiz, ECO-ya üzv olan Pakistandır və fürsətdən istifadə edərək, Pakistan xalqına və onun rəhbərliyinə bu ədalətli mövqeyə görə minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıbdır və ola da bilməz. BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul etmişdir və o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Ancaq biz əminik ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edəcək və işğaldan əziyyət çəkən bütün soydaşlarımız doğma dədə-baba torpağına, əzəli torpağına qayıdacaqlar.

Bir daha bu fürsətdən istifadə edərək, bizim haqlı mövqeyimizi dəstəkləyən bütün üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə, bu işğal və ədalətsizlik bizim iqtisadiyyatımıza da çox böyük zərbə vurmuşdur. Ancaq buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illər ərzində yüksələn xətlə inkişaf edir. Son 8-9 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır, sənaye istehsalı da təxminən 3 dəfə - yəni 300 faiz artmışdır. Yoxsulluqla mübarizədə böyük uğurlar qazanılmışdır. Bu illər ərzində yoxsulluq 49 faizdən 7 faizə düşmüşdür, işsizlik 5,3 faiz, xarici borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırıblar. Baxmayaraq ki, Avropada maliyyə və iqtisadi böhran hələ ki, davam edir, Azərbaycanın kredit reytinqləri aparıcı reytinq agentlikləri tərəfindən artırılmışdır. Rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında layiqli yerlərdədir. İqtisadi islahatlar bizə imkan verir ki, iqtisadiyyatımızı şaxələndirək və iqtisadiyyatın bütün sahələri inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar.

ECO-ya üzv olan ölkələrlə bizim ticarət dövriyyəmiz artır. Bu, çox sevindirici haldır. 2011-ci ildə bu ticarət dövriyyəsi 38 faiz, 2012-ci ilin 9 ayında 20 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, təşkilata üzv olan ölkələrlə bizim çox səmərəli iqtisadi əlaqələrimiz vardır. Bu da təbiidir, çünki bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və iqtisadi sektor əlbəttə ki, bu səviyyəyə uyğun olmalıdır. Mən əminəm ki, bu zirvə görüşünün yekunları və qəbul ediləcək qərarlar aramızda olan ticarət dövriyyəsinin artırılmasına daha da böyük təkan verəcəkdir və beləliklə, biz bir-birimizi iqtisadi yollarla, iqtisadi amillərlə daha da çox dəstəkləyəcəyik.

İki il bundan əvvəl ECO-nun İstanbulda keçirilən zirvə görüşündə Azərbaycan söz vermişdi və öhdəlik götürmüşdü ki, ECO Bankının səhmdarına çevriləcəkdir, ECO Bankına üzv olacaqdır. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, bu, artıq reallıqdır. Azərbaycan ECO Bankının səhmdarıdır və öz tərəfindən üzv olan ölkələrdə həyata keçirilən vacib infrastruktur və iqtisadi layihələrdə fəal iştirak etmək əzmindədir. Həm bank vasitəsilə, eyni zamanda, investor kimi. Hazırda Azərbaycan öz investisiyalarını ölkənin hüdudlarından kənara qoymağa başlamışdır. Bu investisiyalar milyardlarla dollar səviyyəsindədir. Biz yeni bazarlara çıxmaq üçün araşdırma işləri aparırıq. Əlbəttə ki, investisiyanın qoyuluşu üçün biz ilk növbədə özümüzə dost, qardaş bildiyimiz ölkələrə üz tuturuq. Hesab edirəm ki, zirvə görüşü çərçivəsində və ondan sonra nümayəndə heyətlərinin, iqtisadiyyat nazirlərinin birgə fəaliyyəti nəticəsində qarşılıqlı investisiyaların istiqaməti və həcmi haqqında daha da geniş müzakirə aparıla bilər. Biz bunun tərəfdarıyıq.

Eyni zamanda, Azərbaycan region üçün vacib olan çox mühüm infrastruktur layihələrini icra edir. Onların arasında əlbəttə ki, enerji infrastrukturunun yaradılması layihələri ön plandadır. Bizim təşəbbüsümüzlə son illər ərzində şaxələndirilmiş neft-qaz kəmərləri şəbəkəsi yaradılmışdır ki, hazırda enerji resurslarımızı müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarır. Çox şadam ki, bu təşəbbüslər region ölkələrinin marağındadır və regionda yerləşən ölkələr də bu təşəbbüsləri dəstəkləyirlər. Enerji sahəsində fəaliyyətimiz əlbəttə ki, milli maraqlarımızı təmin edir, eyni zamanda, enerji təhlükəsizliyi məsələlərini də gücləndirir və bu sahədə yeni imkanlar açılır.

Nəqliyyat sektorunda təşəbbüslərimiz və fəaliyyətimiz hesab edirəm ki, ümumi maraqlarımıza xidmət edir. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyəti üçün praktiki tədbirlər görür. Bizim coğrafi vəziyyətimiz elədir ki, Azərbaycan təkcə coğrafi vəziyyətinə görə nəqliyyat sahəsində regional mərkəzə çevrilə bilər. Bizim investisiyalarımız - yeni yaradılan dəniz limanları, dəmir yolu xətləri, avtomobil yolları, hava nəqliyyatının təkmilləşdirilməsi layihələri, əlbəttə ki, Bakını nəqliyyat mərkəzinə çevirmək üçün gözəl imkanlar yaradır. Bu yaxınlarda tikintisi başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu isə öz növbəsində, ECO-ya üzv olan bütün ölkələrin xidmətində olacaqdır. Çünki bu dəmir yolu təkcə Azərbaycanı Türkiyə ilə birləşdirmir. Bu yol əslində qitələri birləşdirir və əgər ECO-ya üzv olan ölkələrin xəritəsinə, bizim təşkilatımızın xəritəsinə baxsaq, görərik ki, bu yol hamımız üçün çox səmərəli, çox əhəmiyyətli olacaqdır. Bu, strateji layihədir, geosiyasi və geoiqtisadi vəziyyəti böyük dərəcədə yaxşılaşdıracaq bir layihədir. Mən çox şadam ki, bu layihə artıq yaxın zamanlarda reallaşacaqdır.

Bir sözlə, əziz qonaqlar, bir daha demək istəyirəm ki, Azərbaycan ECO-nun fəaliyyətinə çox böyük önəm verir. ECO-nun fəaliyyəti bu günə qədər çox uğurlu idi. Bu təşkilat dünya miqyasında öz layiqli yerini tuta bilmişdir. Təşkilata üzv olan ölkələrin böyük iqtisadi potensialının mövcudluğu bizi daha da gücləndirir. Əminəm ki, növbəti mərhələlərdə konkret layihələr üzərində işləməyimiz təşkilatı daha da gücləndirəcək və iqtisadi, siyasi, mədəniyyət sahələrində təşəbbüslərimiz ancaq və ancaq qarşılıqlı etimadın gücləndirilməsinə xidmət göstərəcəkdir.

Mən bir daha sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, ECO-nun Bakı zirvə görüşü uğurlu olacaq və zirvənin nəticələri təşkilatı daha da gücləndirəcəkdir.

X X X

Sonra çıxış edən Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid KƏRZAİ zirvə toplantısının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.

Bu günədək İƏT-in uğurlu fəaliyyət göstərdiyini və bundan sonra da yeni nailiyyətlərə imza atılacağını vurğulayan Əfqanıstan Prezidenti ölkəsində həyata keçirilən layihələr və cərəyan edən proseslər haqqında məlumat verdi. Prezident Həmid Kərzai qeyd etdi ki, bir çox ölkələr terrordan əziyyət çəkir. Bunlardan biri də Əfqanıstandır. Əfqanıstan ilə yanaşı regionun digər ölkələri də terrordan əziyyət çəkirlər. Əfqanıstan Prezidenti bütün bunların qarşısının alınması üçün səylərin birləşdirilməsini təklif etdi.

X X X

İran İslam Respublikasının Prezidenti Mahmud ƏHMƏDİNEJAD İƏT-in üzü olan ölkələrin yerləşdiyi regionda yaşanan problemlərin həllində birgə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğuladı. Bu ölkələrdə təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və yeni layihələrin həyata keçirilməsində zirvə görüşlərinin əhəmiyyətindən danışan İran Prezidenti bu baxımdan Bakı toplantısının da mühüm hadisə olduğunu vurğuladı. Prezident Mahmud Əhmədinejad bildirdi ki, bu zirvə toplantısı İƏT-in üzvü olan ölkələrin iqtisadi əlaqələrinin daha da möhkəmlənməsinə yeni töhfələr verəcəkdir.

İƏT-də sədrliyi dövründə Türkiyənin fəaliyyətini yüksək qiymətləndirən İran Prezidenti Azərbaycanın sədrliyi ilə təşkilatın daha böyük uğurlara imza atacağına əminliyini ifadə etdi.

X X X

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli ZƏRDARİ zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğuna görə Azərbaycan dövlətinin başçısına təşəkkürünü bildirdi. Pakistan Prezidenti qeyd etdi ki, ötən İstanbul zirvə toplantısından sonra İƏT-in üzvü olan ölkələr arasında əlaqələr daha da dərinləşmişdir. Əməkdaşlıq iqtisadiyyatın müxtəlif sahələrini əhatə etmiş və üzv ölkələr arasında sərmayə yatırımları artmışdır.

Digər regional təşkilatlar ilə əlaqələrin qurulmasının və birgə işləməyin vacibliyinə də toxunan Prezident Asif Əli Zərdari özəl sektorun inkişaf etdirilməsinin və İƏT-in üzvü olan ölkələrin qarşılıqlı investisiya yatırımlarının çoxaldılmasının əhəmiyyətini vurğuladı.

X X X

Tacikistan Respublikasının Prezidenti Emoməli RƏHMON regionda iqtisadi əməkdaşlığın genişləndirilməsində İƏT-in rolundan danışdı. Həm ərazi, həm də əhali baxımından təşkilatın əhatə etdiyi regionda iqtisadi və ticari əməkdaşlıq sahəsində böyük potensialın olduğunu vurğulayan Tacikistan Prezidenti ölkəsinin İƏT çərçivəsində bu potensialdan səmərəli istifadə edilməsinə xüsusi önəm verdiyini qeyd etdi. Tacikistan dövlətinin başçısı təşkilata sədrliyi dövrdə Azərbaycana və Prezident İlham Əliyevə uğurlar arzuladı.

X X X

Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN ölkəsinin İƏT-də sədrlik etdiyi dövrdə təşkilatın fəaliyyətini gücləndirmək üçün göstərdiyi səylərdən danışdı. Türkiyə hökumətinin başçısı dedi ki, Azərbaycanın İƏT-ə baxışı geniş perspektivlər əsasında qurulmuş və daha ümidvericidir. Baş nazir İƏT-in üzvü olan ölkələrin iqtisadi göstəricilərinin ticarət potensialını əks etdirmədiyini dedi. Türkiyə hökumətinin başçısı bunun üçün ticarət qaydalarının sadələşdirilməsini təklif etdi. İƏT-in Ticarət və İnkişaf Bankının təşkilatın layihələrinə önəmli kömək göstərəcəyini deyən Türkiyənin Baş naziri bütün üzv ölkələri bu banka ortaq olmağa çağırdı.

X X X

Özbəkistan parlamentinin yuxarı palatası - Senatın sədri İlqizar SABİROV ölkəsinin qarşılıqlı maraqlar çərçivəsində regional əməkdaşlığa verdiyi önəmdən danışdı. Senatın sədri bildirdi ki, Bakı zirvə toplantısı bu əməkdaşlığı daha da genişləndirməyin yollarını müzakirə etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

İlqizar Sabirov regional nəqliyyat infrastrukturunun perspektivləri, ekoloji problemlər və digər məsələlər ilə bağlı müzakirələrin İƏT-in gələcək fəaliyyətini genişləndirmək baxımından önəmini qeyd etdi.

X X X

Zirvə toplantısında çıxış edən Türkmənistan Respublikası Baş nazirinin müavini Annaməhəmməd QOÇİYEV, Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Askar JUMAQALİYEV, Qırğızıstanın xarici işlər naziri Erlan ABDILDAYEV, Səudiyyə Ərəbistanının ticarət naziri Tofiq ARABİYYƏ, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil AKINÇI İƏT-in yüksək səviyyədə təşkil olunmuş XII zirvə toplantısının üzv ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə töhfə olacağına əminliyini bildirdilər.

X X X

Daha sonra Azərbaycanın xarici işlər naziri Elmar MƏMMƏDYAROV İƏT-in Nazirlər Şurasının oktyabrın 15-də Bakıda keçirilmiş 20-ci iclasının hesabatı barədə iştirakçılara məlumat verdi.

X X X

Təşkilatın baş katibi Şamil ƏLƏSGƏROV çıxış edərək İƏT-in sonuncu zirvə toplantısından ötən dövr ərzində görülmüş işlər barədə danışdı. Baş katib İƏT-in qarşıya qoyduğu məqsədlərə çatacağını və səslənən bütün səmərəli təkliflərin nəzərə alınacağını qeyd etdi.

Fasilədən sonra zirvə toplantısı işini davam etdirdi.

Toplantıya sədrlik edən Prezident İlham ƏLİYEV İƏT-in XIII zirvə görüşünün Pakistanda keçiriləcəyi barədə qərarın qəbul edildiyini diqqətə çatdıraraq dedi:

- Gündəliyimizdə duran növbəti məsələ zirvə toplantısının keçiriləcəyi yer və vaxt məsələsidir. Mənim dostum, Pakistan İslam Respublikasının Prezidenti cənab Zərdari təklif etdi ki, növbəti zirvə toplantısı Pakistanda keçirilsin. Biz, əlbəttə ki, bunu çox böyük səmimiyyətlə qəbul etdik. Bununla da növbəti zirvə toplantısı Pakistanda keçiriləcəkdir.

Gündəlikdə duran növbəti məsələ Bakı Bəyannaməsi-2012-nin qəbuludur. Bakı Bəyannaməsinin layihəsi qarşınızdadır. Kimsə rəy bildirmək istəyirsə, buyursun. Hesab edirəm ki, artıq hər şey razılaşdırılıb. Ona görə də elan etmək istərdim ki, Bakı Bəyannaməsi qəbul olunub.

Sonra üzv ölkələrin müxtəlif sahələrdə fərqlənmiş nümayəndələrinə İƏT-in mükafatları təqdim olundu. Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.

X X X

Zirvə toplantısının yekununda çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli nümayəndə heyətlərinin başçıları!

Hörmətli dostlar!

Mən sizin hamınızı bir daha Azərbaycanda salamlayıram və zirvə toplantısının nəticələrindən dərin razılığımı bildirmək istəyirəm. Əminəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı təşkilatımızın çox vacib nailiyyətlərini xüsusi olaraq qeyd etdi. Giriş nitqimdə dediyim kimi, ECO-ya üzv olan yeddi dövlət iyirmi ildir sürətlə inkişaf edən ölkəyə çevrilmiş və ümumi məqsədlərimizin həyata keçməsinə töhfə verir. Mən fürsətdən istifadə edərək, təşkilatımızı təsis edən dövlətlərə təşəkkür etmək istəyirəm. Onların müdrikliyi, yaradıcılıq baxışları təşkilatımızı qarşılıqlı inamın, qarşılıqlı dəstəyin və fəal siyasi dialoqun olduğu bugünkü vəziyyətə gətirib çıxarmışdır.

Təşkilatımız əsasən iqtisadi gündəliyə üstünlük verir. Lakin bu gün dünyamız iqtisadi siyasəti geosiyasi vəziyyətdən ayıra bilməyəcək dərəcədə mürəkkəbdir. Hamımız öz ölkələrimizi inkişaf etdirmək istəyirik. Üzv ölkələr getdikcə regionda daha çox önəmli rol oynayırlar. Həmrəyliyimiz, ümumi səylərimiz, əlbəttə ki, bizi yeni inkişafa, yeni uğurlara, xalqlarımızın rifahına gətirəcəkdir. Biz güclü iqtisadiyyat olmadan real müstəqilliyə nail ola bilməyəcəyik. Möhkəm iqtisadi bünövrə, ciddi iqtisadi islahatlar olmadan XXI əsrdə insanlarımız üçün yaxşı yaşayış şəraiti yarada bilməyimiz çox çətin ola bilər. Təşkilatımızın əsas məqsədlərindən biri ölkələrimizdə olan iqtisadi inkişafı stimullaşdırmaqdır. Çox böyük qürur hissi duyuruq ki, biz artıq ECO Bankının üzvüyük. Bu maliyyə institutundan istifadə edərək biz ümumi inkişafımızda öz rolumuzu oynayacağıq.

Azərbaycan üçün iqtisadi transformasiya artıq reallıqdır. Bu gün ölkəmiz çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Özəl sektorun ümumi daxili məhsulda payı 80 faizdən artıqdır. Gələcək illərdə, əlbəttə, iqtisadi islahatlarımız davam edəcəkdir. Üzv dövlətlərin dəstəyi inkişafımıza, təkmilləşməyə, sürətlə irəli getməyə daha yaxşı kömək edəcəkdir. Hesab edirəm ki, bugünkü müzakirələr bizim ümumi kursumuza töhfə verəcəkdir. Bu gün üzv ölkələr bir daha həmrəylik nümayiş etdirdilər. Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri təşkilatımızın gələcək inkişafı, regional məsələlərlə bağlı çox dəyərli fikirlər söylədilər, dünya məsələlərinə, narahatlıq doğuran problemlərə toxundular. Mən çox şadam və nümayəndə heyətlərinin başçılarına dünyada, regionda, ölkələrimizdə baş verən proseslərlə bağlı dəyərli fikirlərinə, ideyalarına görə təşəkkürümü bildirmək istərdim. Çünki biz dünyanın bir hissəsiyik. Bizim birliyimiz nə qədər sıx olsa, maraqlarımız da bir o qədər güclü şəkildə müdafiə olunacaqdır.

Bir daha üzv dövlətlərə iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda Azərbaycana ümumi maraqlar, ümumi etimad əsasında göstərdikləri dəstəyə görə təşəkkürümü bildirmək istərdim. Xalqlarımızın çox böyük tarixi, zəngin mədəniyyəti, ənənələri vardır. Bu gün biz təşkilatımızı dünyaya bir-birini dəstəkləyən, beynəlxalq aləmdə siyasi iradə nümayiş etdirən, ümummilli maraqları müdafiə edən ölkələrin daxil olduğu bir təşkilat kimi təqdim edirik. Şübhəsiz, biz bir-birimizə birlikdə daha çox kömək edə bilərik, nəinki ayrı-ayrılıqda. Təşkilatımızın artıq böyük tarixi, ənənələri, dünya siyasi xəritəsində rolu vardır. Əminəm ki, növbəti illər ərzində də biz hamımız ECO-nun gələcək inkişafına töhfələrimizi verəcəyik.

Növbəti illər ərzində Azərbaycan təşkilatın sədri olaraq dəyərlərimizi daha çox təbliğ etmək, tərəfdaşlığımızı gücləndirmək və qarşılıqlı ticarət səviyyəsini artırmaq məsələsində qurumun işinə töhfə vermək üçün əlindən gələni edəcəkdir.

Hörmətli dostlar, bir daha sizi ölkəmizdə görməyə çox şadam. Ümidvaram ki, burada olduğunuz qısa müddət sizin üçün çox xoş keçəcəkdir. Ümidvaram ki, sizinlə gələcəkdə də görüşəcəyik. Beləliklə, zirvə toplantısının gündəliyi sona çatdı. İcazənizlə, ECO-nun XII zirvə toplantısını bağlı elan edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO