Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 14,7 tondan çox məhsul, o cümlədən 0,7 ton ət, 0,1 ton ağartı, 3,4 ton tərəvəz, 4 ton meyvə və s. təklif olunurdu.

Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıqlarını bildirirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat 50 qəpiyə, soğan 40-50, kartof 50-60, yumurtanın 1 ədədi 10 qəpiyə və s. satılır.

Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 61,1 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı və digər məhsullar gətirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, bugünkü yarmarkaya çıxarılan məhsullar arasında payız fəslinə uyğun mövsümi kənd nemətləri, o cümlədən kartof, soğan, kələm, yerkökü, çuğundur, lobya, badımcan, balqabaq, bibər, alma, armud, üzüm, nar, heyva, xurma, göyərti və digər məhsullar üstünlük təşkil edir. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır.

Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada nəzarət tərəzisi qoyulmuşdur.

Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 15 tona yaxın kənd təsərrüfatı məhsulları çıxarılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır.

Yarmarkada təklif edilən məhsulların keyfiyyətli və bazarlardakından 25-30 faiz ucuz olması qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanır.

Şənbə günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (22,4 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,6 ton) satışa Şəki, Samux, Quba, Balakən, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş, ümumilikdə, 25 ton məhsul çıxarılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada meyvələrdən alma, armud, üzüm, nar, heyva, xurma, tərəvəzlərdən pomidor, xiyar, göyərti, həmçinin mövsümi kənd nemətlərindən lobya, badımcan, bibər, kartof, soğan, balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 214 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.

Yarmarkada sərfəli qiymətə üzüm, heyva, naringi, feyxoa, nar, xurma, alma, armud, pomidor, yerkökü, çuğundur, xiyar, kartof, soğan, badımcan, bibər, göyərti və digər məhsullar da təklif olunur.

Şəhər sakinləri yarmarkada yaradılan bolluqdan və məhsulların keyfiyyətindən razıdırlar.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından 27,4 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən 2 min ədəd yumurta gətirilmişdir.

Yarmarkada ilk baxışdan səliqə-sahman, payız mövsümü ilə əlaqədar bolluq və canlanma gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq üzüm, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, ağartı məhsulları, göyərti və s. kənd nemətləri təklif edilirdi.

Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yarmarkada qayda-qanuna ciddi nəzarət olunurdu.

Ağstafa, Bərdə, Siyəzən, Goranboy rayonlarının fermerləri və digər torpaq mülkiyyətçiləri şənbə günü Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada təzə və keyfiyyətli meyvə-tərəvəzləri, bostan və süd məhsullarını bazarlardakından 20-30 faiz ucuz qiymətlərə satırdılar.

Alıcılar yarmarkanın təşkilindən razı qaldıqlarını bildirirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, yarmarkaya 27,8 ton məhsul gətirilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Utilizasiya proqramı çərçivəsində Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək

İlham Bayramov: Dövlət Proqramında müasir suvarma texnologiyalarının tətbiqi prioritet istiqamət kimi müəyyən edilib

BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub

Azərbaycan məktəbliləri Balkan Riyaziyyat Olimpiadasında 3 gümüş və 3 bürünc medal qazanıblar

Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər

Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb

ADSEA: Qazax-Tovuz iqtisadi rayonunda suvarma infrastrukturunun gücləndirilməsi üzrə tədbirlər davam edir

İmtahanda yüksək bal toplayan abituriyent: Sistemli şəkildə hazırlaşmaq nəticə verir

ADSEA sədr müavin: Su ehtiyatlarının səmərəli idarə olunması aqrar inkişafın əsas şərtidir

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub

Volqa-Xəzər gəmiçilik kanalının bir sahəsində gəmilərin naviqasiyası müvəqqəti dayandırılıb

CGIAR: Rəqəmsal həllərin tətbiqi sağlamlıq təhlükələrinə qarşı daha koordinasiyalı mübarizə aparmağa imkan yaradır

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır