Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan Gürcüstan vətəndaşı saxlanılıb VİDEO
Bakı, 12 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda keçirdikləri tədbir zamanı Gürcüstan vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Qabil Əliyev tutulub. Onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 840 qram narkotik vasitə heroin və 1 kiloqram 5 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Q.Əliyev ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Q.Əliyev cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.