Bakıda tacik ustaların əl işləri təqdim olunub
Bakı, 28 yanvar, AZƏRTAC
Bakıda Tacikistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bu ölkədə 2019-2021-ci illərin kənd təsərrüfatı, turizm və xalq sənəti illəri elan olunması münasibətilə təşkil edilən tədbirdə tacik ustaların unikal əl işləri təqdim olunub.
AZƏRTAC Tacikistanın ölkəmizdəki səfirliyinin məlumatına istinadla xəbər verir ki, Azərbaycanın elm və mədəniyyət işçiləri, Bakıda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, həmçinin Azərbaycanda yaşayan Tacikistan vətəndaşları tacik sənətkarların əl işləri ilə tanış olublar.
Tədbir çərçivəsində tikiş, toxuculuq, yastıq üzərində naxışlar, parça və yaylıq üzərində eskizlərin təsviri olan əl işləri təqdim edilib.
Tacik xalq musiqisinin sədaları altında milli geyim nümunələri də nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]