Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “TDT: Qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə “Türk Dövlətləri Təşkilatı: Qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən beyin mərkəzlərinin nümayəndələri regional əməkdaşlığın möhkəmləndirilməsi, TDT-nin beynəlxalq arenadakı rolunun genişləndirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi imkanları barədə müzakirələr aparıblar.

Konfransın açılış mərasimində çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Türk Dövlətləri Təşkilatının builki Zirvə görüşü Azərbaycanda keçiriləcək: “Təşkilata üzv və müşahidəçi dövlətlərin beyin mərkəzləri olaraq, Zirvə görüşlərindən əvvəl ev sahibi ölkədə öz aramızda mütəmadi görüşlər keçirməyi artıq ənənə halına salmışıq. Hətta bu istiqamətdə beyin mərkəzləri arasında memorandum imzalanıb, TDT Zirvə görüşlərinin yekun bəyannaməsində dövlət və hökumət başçıları tərəfindən bu görüşlərin davam etdirilməsi müvafiq tapşırıq olaraq müəyyən edilib. İndiyədək 10 belə görüş və konfrans təşkil etmişik. Bu gün isə 11-ci konfransı Bakıda keçiririk. 2009-cu ildən etibarən, təşkilatlanma mərhələsinə keçən TDT-nin regiondakı nüfuzu daim artan xətt üzrə inkişaf edir”.

F.Şəfiyev bildirib ki, Azərbaycanın hazırda 4 dövlətlə müttəfiqlik müqaviləsi və ya bəyannaməsi var, onlardan 3-ü türk dövlətidir. Aramızdakı əməkdaşlığın güclənməsi qarşılaşdığımız risk və təhlükələrə qarşı daha dayanıqlı mövqe sərgiləməyimizə imkan yaradır. Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi regionda geosiyasi və geoiqtisadi güc balansını üzv və müşahidəçi dövlətlərin lehinə dəyişməkdədir. Artıq bölgəyə maraq göstərən xarici güclər tək bir ölkə ilə deyil, bir dövlətlər ittifaqı ilə hesablaşmaq məcburiyyətində qalırlar.

“Xüsusilə, son beş ildə regionumuzda baş verən geosiyasi və geoiqtisadi proseslər TDT-yə, onun həyata keçirdiyi layihələrə diqqəti və marağı artırıb. Bu, bizim üçün böyük fürsətdir və biz bu fürsəti əməkdaşlığımızı daha da dərinləşdirmək üçün dəyərləndirməliyik. Azərbaycan hər zaman xarici siyasətində TDT-nin qlobal siyasətdə mövqeyinin möhkəmlənməsinə dəstək verib”, - deyə F.Şəfiyev vurğulayıb.

Sonra Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman qeyd edib ki, bugünkü konfrans bizə TDT-nin regionda və onun hüdudlarından kənarda roluna diqqət yetirmək imkanı verəcək. Dünyada baş verən sürətli dəyişikliklər, həmçinin qlobal və regional səviyyədə mühüm inkişaf və çağırışlar türk coğrafiyasında əməkdaşlıq və inteqrasiyanı daha da vacib edir. Ortaq tarix, dil, mədəniyyət və ənənələrə əsaslanan qardaş türk dövlətləri arasındakı münasibətlər böyük strateji dəyər və potensial təklif edir.

Ö.Kocaman deyib ki, strateji-coğrafi mövqeyi sayəsində Azərbaycan Türk dünyasının çox mühüm bir hissəsidir. Türk regionu daxilində ticarətin, nəqliyyatın və əlaqələndirmənin inkişafı baxımından Azərbaycan Türk dünyasında körpü rolunu oynayır.

x x x

Açılış mərasimindən sonra “Siyasi təhlükəsizliyin qeyri-müəyyənliyi dövründə TDT-nin qlobal sülh və sabitliyə töhfələri” adlı panel müzakirələr aparılıb.

Əvvəlcə Qazaxıstan Prezidenti Yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Jandos Şaymardanov çıxış edib. O deyib: “TDT-nin inkişafı göstərdi ki, üzv ölkələr yalnız mədəni və sivilizasiyalararası əməkdaşlıqda deyil, həm də beynəlxalq arenada Türk dünyasının roluna dair ortaq baxış formalaşdırıblar. Qlobal nizam yeni mərhələyə qədəm qoyur və bu, üç əsas qeyri-müəyyənliklə xarakterizə olunur: geosiyasi rəqabətin intensivləşməsi, qlobal institutların təzyiq altında olması və sabitlik mexanizmlərinin yeni reallıqlara uyğunlaşmaqda çətinlik çəkməsi. Həmçinin kiberhücumlar, dezinformasiya, iqlim dəyişiklikləri və resurs təhlükəsizliyi kimi hibrid və transmilli təhdidlər sürətlə artır, sərhəd tanımır və cəmiyyətlərin təhlükəsizliyinə birbaşa təsir göstərir”.

Azərbaycan ilə Ermənistan arasında ABŞ-da Birgə Bəyannamənin imzalanmasını tarixi hadisə adlandıran J.Şaymandarov əlavə edib: “Bu nailiyyət bütövlükdə Türk dünyasının ortaq qələbəsi kimi qiymətləndirilməlidir. O, infrastrukturun təkcə iqtisadi deyil, həm də siyasi sabitlik və uzunmüddətli əməkdaşlıq zəmanəti rolunu oynayacağı bir mühit yaradır”.

Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç qeyd edib ki, Türk dünyasında inteqrasiya prosesi heç də “blok” kimi qəbul edilməməli, əksinə, daha çox təsirli bir aktor kimi qiymətləndirilməlidir. Bu baxımdan “regional aktor” ifadəsi daha düzgün seçimdir. Çünki “blok” anlayışı qarşıdurmanı xatırladır və bu, inteqrasiya prosesimizin mahiyyətinə ziddir. O bildirib ki, belə bir şəraitdə türk dövlətləri arasında həmrəylik xüsusi əhəmiyyət kəsb edir. Biz bu həmrəyliyin real nəticələrini Qarabağ müharibəsi zamanı da gördük.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova bildirib ki, enerji müstəqilliyi dövlətlərin milli təhlükəsizliyi və davamlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Enerji iqtisadiyyatın lokomotivi olmaqla yanaşı, istehsalat, nəqliyyat, rabitə və sosial rifahın əsas dayağıdır. O əlavə edib ki, yaşıl enerji layihələri ölkələrin enerji diplomatiyasını gücləndirir və regional əməkdaşlığa töhfə verir. Məsələn, Xəzərdən Avropaya uzanan yaşıl enerji kabeli layihəsi artıq genişlənir və Şərqi Xəzər bölgəsinə, yəni, Qazaxıstana qədər uzadılması planlaşdırılır.

Qırğız Respublikası Prezidentinin yanında Milli Strateji Təşəbbüslər İnstitutunun direktor müavini Şumkarbek Adilbek Uulu bildirib ki, hazırda dünya qarışıqlıq içindədir. Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna münaqişəsi göstərir ki, təhlükə və risklər artır, bu isə Mərkəzi Asiya ölkələrinə də təsir edir. Münaqişələr hibrid xarakter alır, yeni tipli təhdidlər – infrastrukturun hədəfə alınması, dezinformasiya, psixoloji əməliyyatlar, iqtisadi sanksiyalar, diplomatik təzyiqlər və digər risklər meydana çıxır.

x x x

Konfransın ikinci panelində “İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına, ticarət və nəqliyyat əlaqələrinə töhfələri” mövzusu müzakirə edilib.

Paneldə çıxış edən Şimali Kipr Türk Respublikasının Prezidentinin Vətəndaş Cəmiyyəti Təşkilatlarının kommunikasiya koordinatoru Latif Akça Şimali Kipri Türk Dövlətləri Təşkilatına təqdim edə biləcəyi kommersiya və logistika imkanları barədə danışıb. O qeyd edib ki, Şimali Kipr Türk Respublikası TDT-yə ticari və logistik imkanlar təqdim etməyə hazırdır.

L.Akça diqqətə çatdırıb ki, Şimali Kipr strateji mövqeyi ilə Türk dünyasının Aralıq dənizinə açılan təbii qapısıdır. Ada Avropa, Yaxın Şərq və Afrika qitələrinin kəsişməsində yerləşməklə yanaşı, tarixi İpək Yolunun da mühüm keçid nöqtələrindən biridir. O, həmçinin bildirilib ki, Şimali Kiprin sərbəst limanları və azad ticarət zonaları türk dövlətlərinin birgə istehsal və ixracat layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Gazimağusa azad ticarət zonasında yaradılacaq birgə istehsal və ixrac mərkəzləri təşkilat daxilində iqtisadi inteqrasiyanı gücləndirəcək. Koordinatorun fikrincə, Şimali Kipr Türk Dövlətləri Təşkilatının iqtisadi, ticari və enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaşı ola bilər.

Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Sanat Kuşkumbayev qeyd edib ki, ölkəsi Orta Dəhliz layihəsini yalnız tranzit potensialı kimi deyil, həm də Xəzər dənizinin iki sahili və Şərq ilə Qərb arasında etibarlı, davamlı körpülər qurmaq baxımından tarixi məsuliyyət kimi qiymətləndirir. Layihə Qazaxıstan və qardaş üzv dövlətlər üçün beynəlxalq münasibətlərdə strateji cavab rolunu oynayır.

Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun direktor müavini Şəfoat Nurullayeva TDT çərçivəsində iqtisadi əməkdaşlığın prioritet sahələri barədə fikirlərini bölüşüb. O bildirib ki, 2023-cü ildə yaradılan Ticarət və Sənaye Palataları İttifaqı TDT ölkələrinin iş adamları arasında əlaqələri gücləndirib, ticarət və investisiyaların artmasına imkan yaradıb. Bir il sonra təsis edilən İnvestisiya Fondu isə böyük layihələrin maliyyələşməsi üçün vacibdir və kapitalı artıq 600 milyon dollara çatıb. Hazırda TDT ölkələrinin ümumi ÜDM-i 2,1 trilyon dollara, ticarət dövriyyəsi isə 45 milyard dollara çatıb. Xarici kapitala malik müəssisələrin sayı isə 53 mindən 92 minə yüksəlib. Ş.Nurullayevanın sözlərinə görə, bütün bu nailiyyətlərə baxmayaraq, hələ tam potensial reallaşmayıb. TDT üçün əsas prioritet ticarətin daha da inkişaf etdirilməsidir.

Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun baş tədqiqatçısı Laszlo Vasa Orta Dəhlizi təkcə nəqliyyat layihəsi kimi deyil, Şərq-Qərb və Şimal-Cənub arasında strateji körpü, həm də Türk dünyasının Asiya ilə Avropa, keçmiş ilə gələcək arasında oynadığı mühüm rol kimi xarakterizə edib.

L.Vasa hesab edib ki, əsas güc türkün birliyindədir: “Ortaq dil, mədəniyyət və tarix bu əməkdaşlığı, sadəcə, taktiki deyil, strateji və institusional xarakterə çevirir. Bu sürətli tərəqqi mədəniyyətdən başlayaraq təhsil, sənaye, innovasiya, rəqəmsal iqtisadiyyat və təhlükəsizlik sahələrinə qədər genişlənir. TDT-ni isə bu baxımdan unikal edən cəhət onun təkcə təşkilat deyil, həm də “bir ailə” olmasıdır”.

x x x

Konfransın sonuncu paneli isə “Qlobal qeyri-müəyyənlik dövrlərində TDT-nin mədəniyyət, elm və parlamentarizm üzrə siyasəti” mövzusuna həsr olunub.

Çıxış edən Türk Akademiyasının eksperti Dinmuhəmməd Ametbek bildirib ki, Türk dünyasını birləşdirən ortaq tarix, mədəniyyət, dil və dəyərlər yalnız keçmişin xatirəsi deyil, gələcəyə gedən yolun təməlidir. Bu yolun ən mühüm dayaqlarından biri isə elmdir. Elm və təhsil sahəsində əməkdaşlıq, innovasiya və bilik mübadiləsi türk dövlətləri arasında strateji tərəfdaşlığı dərinləşdirir, iqtisadi və sosial inkişafı sürətləndirir, gənc nəsilləri bir araya gətirir.

Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri Leyla Həsənova qeyd edib ki, mədəniyyət xalqımızın ortaq kimliyinin əsas sütunlarından biridir. O, keçmişin zəngin ənənələrinə söykənərək bizə kim olduğumuzu, hansı dəyərlərə sahib olduğumuzu xatırladır. Türk dünyasının qədim və zəngin irsi yalnız tarixi bir miras deyil, həm də bu günümüzü və gələcəyimizi formalaşdıran canlı bir təməldir: “Bu baxımdan, qədim türk irsinin qorunması və mühafizəsi xüsusi əhəmiyyət kəsb edir, çünki bu, mədəni yaddaşımızın gələcək nəsillərə ötürülməsini təmin edir. Hər bir ənənə, hər bir dəyər türk xalqlarını birləşdirən görünməz bağ rolunu oynayır”.

Azərbaycanın Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev bildirib ki, mədəniyyət yalnız keçmişdən gələn irsimizdən qaynaqlanmır, həm də bizim yaratdığımız əməkdaşlıqdan doğur. Bu əməkdaşlıq xalqlarımız arasındakı münasibətləri şaxələndirir, gücləndirir və qarşılıqlı anlaşmanı dərinləşdirir. Türk dövlətləri öz mədəni əlaqələrini diqqətlə inkişaf etdirir və mədəniyyət bu əməkdaşlığın əsas dayağı, TDT ölkələri arasında möhkəm təməl rolunu oynayır.

Panel müzakirəsi mövzu ətrafında sual-cavab sessiyası ilə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir