Bakıda ticarət dövriyyəsinin həcmi artıb
Bakı, 10 noyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 20 milyard 274,7 milyon manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artaraq 12 milyard 328,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,7 faiz azalaraq 7 milyard 946,1 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]