CƏMİYYƏT
Bakıda unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində yoxlama aparılıb


Bakı, 22 yanvar, AZƏRTAC
Bakı şəhəri, Qaradağ rayonu, 28 May küçəsi, ev 23 ünvanında fiziki şəxs Abdurrahman Tatarcıoğluna məxsus “Qardaşlar” unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisədə xammalların qəbulu və saxlanılması sahələrində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi müəyyən edilib.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehsal dayandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.02.2025 [18:29]
Azərbaycanda əhalinin sayı açıqlanıb
- 17.02.2025 [17:45]
Probasiya məmurları üçün silsilə təlimlərə başlanılıb
- 17.02.2025 [17:42]
Paytaxtın dörd rayonunda təbiətə 131 min manatdan çox ziyan vurulub
- 17.02.2025 [14:49]