Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması” mövzusunda konfrans keçirilmişdir

Bakıda “Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması” mövzusunda konfrans keçirilmişdir

Bakı, 25 dekabr (AZƏRTAC). Dekabrın 25-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan İnternet Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması” mövzusunda konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması çərçivəsində keçirilən tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, elmi ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.

Konfransın açılış mərasimində çıxış edən MHA-nın sədri Kamran İmanov bildirmişdir ki, ölkəmizdə 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi respublikamızın tarixində çox böyük hadisədir, sürətlə dəyişən həyatın, innovativ əsaslarla qurulan dövlət siyasətinin təzahürüdür.

Son illər Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini, iqtisadi və sosial uğurlarının durmadan artdığını qeyd edən K.İmanov vurğulamışdır ki, bütün bunların ən mühüm zəmini Prezident İlham Əliyevin siyasi təfəkkürünün və düşüncə tərzinin kreativliyi və gələcəyə yönəlməsidir. Hazırda dünya inkişafın Azərbaycan modelini böyük maraqla öyrənir və haqlı olaraq onu “Azərbaycan möcüzəsi” adlandırır. Çünki bu model davamlı, dayanıqlı inkişaf modelidir, stabilliyi və iqtisadi irəliləyişi, sosialyönümlülüyü, ədaləti, mədəni müxtəlifliyi və adət-ənənəyə sadiqliyi, demokratikləşmə və insan amilini, innovativlik və modernləşməni, biliklərə əsaslanan tərəqqini, İKT-nin və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirən modeldir.

Azərbaycanda müəllif-hüquq sahəsinin inkişafına dövlət tərəfindən böyük diqqət yetirildiyini qeyd edən MHA-nın sədri demişdir ki, bu, ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi islahatların və məqsədyönlü siyasətin uğurlu nəticələrindəndir. Ölkəmizdə əqli mülkiyyətə yönəldilən diqqət və qayğı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu sahənin prioritet istiqamət kimi qəbul edilməsi Azərbaycanda müəlliflik hüququnun inkişafına böyük dəstək verir.

Hazırda Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində MDB məkanında şəriksiz lider mövqeyindədir. Ölkəmiz bu sahədə Qazaxıstanı 4 pillə, Rusiyanı 44 pillə, Ukraynanı 64 pillə qabaqlayaraq dünya üzrə 69-cu yeri tutur.

Kamran İmanov vurğulamışdır ki, Prezident İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində beynəlxalq əqli mülkiyyət ictimaiyyəti Azərbaycanın bu istiqamətdəki uğurlarını yüksək qiymətləndirir. Təsadüfi deyildir ki, Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) bu ilin sentyabrında keçirilmiş Baş Assambleyasında rəhbər orqanlara seçkilər zamanı Azərbaycan Respublikası bu qurumun “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına qoşulmuş ölkələrin Bern İttifaqının İcraçı Komitəsinə üzv seçilmişdir. Bununla da ölkəmiz DƏMT-in fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik Əlaqələndirmə Komitəsinin üzvü olmuşdur. Baş Assambleyada Azərbaycan daha bir komitənin - DƏMT-in Proqram və Büdcə Komitəsinin də üzvü seçilmişdir. Müəllif Hüquqları Agentliyinin nümayəndəsi iki il müddətinə DƏMT-in yeni rəqəmli erada müəllif hüquqlarının qorunmasına hüquqi təminat yaradan, 100-ə yaxın dövlətin təmsil olunduğu Müəllif Hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilmişdir.

MHA-nın sədri bildirmişdir ki, hazırda ölkəmizin əhalisinin 70 faizi internet istifadəçidir. Təkcə 2013-cü ilin altı ayında elektron hökumət portalına 74,5 mindən artıq istifadəçi qoşulmuşdur. Beynəlxalq Elektrorabitə İttifaqı hesabatında göstərir ki, cari ilin sonuna qədər dünya əhalisinin 40 faizi internetə qoşulacaqdır. Hazırda virtual aləmdə müşahidə edilən meyillərdən biri əqli mülkiyyətin və xüsusən müəlliflik hüququ ilə qorunan obyektlərin internetə miqrasiyasıdır, virtual şəbəkədə istifadəsinin artmasıdır. İnternetdə satılan malların 50 faizindən çoxu əqli mülkiyyət obyektləridir və onların hər beşindən dördü müəlliflik hüququ ilə qorunur.

Diqqəti cəlb edən digər meyil müəlliflik hüququnun pozulması miqyasının dözülməz həddə çatmasıdır. Beynəlxalq Ticarət Palatasının (ICC) təqdim etdiyi sənəddə göstərilir ki, piratçılığa və kontrafaksiyaya qarşı radikal tədbirlər görülməzsə, 2015-ci ildə iqtisadi ziyan 1,7 trilyon dolları aşaraq hər il 2,5 milyon iş yerinin azalmasına səbəb olacaqdır. Bütün bunlar göstərir ki, müasir dünyada əqli mülkiyyətin fəaliyyət konteksti bu mülkiyyətin yarandığı dövrdəki kontekstdən tamamilə fərqlidir.

Əqli mülkiyyətin müasir fəaliyyət kontekstinin, onun vəziyyətinin iqtisadiyyatda və cəmiyyətdə dəyişməsinin əqli mülkiyyətin rolu haqqında düşüncə tərzinin, təfəkkürün dəyişdirilməsi zərurətini yaratdığını qeyd edən K.İmanov əqli mülkiyyət sahəsindəki əhəmiyyətli yenilik və dəyişikliklər barədə məlumat vermişdir. Bildirmişdir ki, bütün bunlar əqli mülkiyyətin ənənəvi əsaslarını inkar etmədən bu fenomenin böyüklüyünü və incəliyini göstərir, eyni zamanda, XXI əsrdə daha geniş miqyasda yeni sərvətlərin yaranmasının intellektual kapital və virtuallaşma hesabına baş verdiyinə dəlalət edir.

Azərbaycan dövləti bu çağırışlara cavabını hazırlamışdır və gələcək işlərimiz “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında - sistemli təhlilə və müasir proqnostikaya əsaslanan bu nadir sənəddə əksini tapmışdır.

Vurğulanmışdır ki, İnkişaf Konsepsiyası qeyri-neft sektorunun inkişafı hesabına ölkənin iqtisadi potensialının ikiqat artırılmasını nəzərdə tutur. İKT sektoru isə bu müddətdə 4-5 dəfə artacaqdır. 2020-ci ilədək xidmətlərin elektronlaşmasının tamamilə başa çatdırılması və əhalinin təxminən 80 faizinin elektron xidmətlərə girişinin təmin olunması planlaşdırılır. 2014-cü ildə təhsil müəssisələrinin internetə, həm də genişzolaqlı rabitə sisteminə qoşulma səviyyəsinin 100 faizə çatdırılması nəzərdə tutulur. 2017-ci ilədək əhalinin 85 faizinin sürətli internetə girişi təmin olunacaqdır.

Bütün bunlar əsas verir ki, İnkişaf Konsepsiyasında əqli mülkiyyətin əhəmiyyətinin yaradıcılıq və innovativliyi stimullaşdıran amil və bazarda rəqabəti dəstəkləyən vasitə kimi yüksəldilməsi nəzərdə tutulsun. Ona görə də bu sahə prioritetlər sırasında qəbul edilmişdir.

K.İmanov bildirmişdir ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının “Yüksək rəqabətli iqtisadiyyat” bölməsi sərmayə qoyuluşlarının artımı və yayılması üçün şəraitin yaradılmasını və intellektual fəaliyyət nəticələrinin innovativliyinin artırılmasını nəzərdə tutur. Burada “kreativ sənaye”nin inkişafı və əqli mülkiyyətə dair Uzunmüddətli Milli Strategiyanın təsdiqi planlaşdırılır.

Konsepsiya informasiya cəmiyyətinə keçilməsinin sürətləndirilməsi üçün İKT-əqli mülkiyyət qarşılıqlı əlaqələrinin daha da fəallaşdırılmasını, əqli mülkiyyət obyektlərinin əksəriyyətinin qlobal rəqəmli şəbəkəyə keçməsi ilə əlaqədar onlayn lisenziyalaşma rejimində rəqəmli hüquqların idarə edilməsi və “one-stop-shop” formatında elektron xidmətlərin göstərilməsi sisteminin yaradılmasını da nəzərdə tutur.

İnkişaf Konsepsiyasında əqli mülkiyyət hüquqlarının təminatı, piratçılığa və əqli mülkiyyət hüquqlarının pozulmasının digər hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsinə də xüsusi yer ayrılmışdır. Sənəddə əksini tapmış ən vacib vəzifələrdən biri də mədəni irsin qorunub saxlanması, hüquqi qorunması və səmərəli idarə edilməsidir.

Bununla əlaqədar qeyri-maddi mədəni irsin ayrı-ayrı komponentlərinin qorunub saxlanması və hüquqi qorunması, onların itirilməsi və qeyri-qanuni mənimsənilməsinə qarşı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Muzeylərdə, kitabxanalarda və arxivlərdə saxlanılan ictimai varidata aid edilmiş bütün mədəni sərvətlərin elementlərinin əksəriyyətinin rəqəmli kontentə keçirilməsi planlaşdırılır. Buna görə də ənənəvi mədəni nümunələrin və ənənəvi biliklərin qorunması, rəqəmləşdirilmiş mədəni irsin multimedia məlumat bazalarının yaradılması və bu sahədə beynəlxalq mübadilə aparılması mühüm işə çevrilir. Bununla da Müəllif Hüquqları Agentliyinin qeyri-maddi mədəni irsi rəqəmli şəkildə qoruyan milli aqreqatora çevrilməsi nəzərdə tutulur.

MHA-nın sədri demişdir ki, 1996-cı ildən indiyədək agentlikdə doqquz mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilmişdir. Hüquqların təminatının daha da gücləndirilməsi üçün virtual məkanda müəlliflik hüquqlarının idarəçiliyi sahəsində beynəlxalq təcrübə öyrənilmişdir. Yaradıcılıq fəaliyyətinin nəticələrinin rəqəmli şəbəkələrdə istifadəsinə dair metodika hazırlanmış, əqli mülkiyyət üzrə beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilən yeni model təklif olunmuşdur. İKT-də əqli mülkiyyət hüquqlarının qorunmasının təsnifatı hazırlanmışdır. Agentlikdə fəaliyyət göstərən “Qaynar xətt”ə cari ildə 600-dən çox müraciət daxil olmuş, onların hər biri üzrə müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə aparılan mübarizənin fəal iştirakçılarındandır. Piratçılığın səviyyəsinin azaldılması istiqamətində görülən mühüm tədbirlər nəticəsində ölkəmizdə bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.

UNESCO və BMT-nin İnkişaf Proqramının builki birgə məruzəsində xüsusi olaraq qeyd edilir ki, yaradıcılıq industriyalarının həvəsləndirilməsi, stimullaşdırılması və müəllif və əlaqəli hüquqların etibarlı qorunması yerli iqtisadi inkişaf proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir.

Azərbaycan dövləti bütün bunları nəzərə alaraq bu istiqamətdə uğurlu siyasət aparır.

Konfransda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə İKT-nin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır. Bildirilmişdir ki, hazırda Azərbaycanda hər 100 nəfərdən 70-i internet istifadəçisidir. Fiberoptik texnologiyalardan və genişzolaqlı rabitədən istifadə imkanlarının artırılması yaxın vaxtlarda bu göstəricini 85 faizə çatdırmağa imkan verəcəkdir.

İKT-dən istifadənin sürətlə artması sərhədsiz virtual aləmdə əqli mülkiyyət hüquqlarının daha etibarlı qorunmasını zəruri edir.

Son illərin hesabatlarında ölkəmizin əqli mülkiyyət sahəsində ən qabaqcılı dövlətlərdən biri kimi təqdim olunduğunu bildirən nazir müavini demişdir ki, konfransın məqsədi sürətlə inkişaf edən virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması, yaradıcılıq fəaliyyəti məhsullarının rəqəmsal şəbəkələrdə istifadəsinə dair qarşıya çıxan problemlərlə bağlı müzakirələrin aparılmasıdır.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova cəmiyyətin aparıcı və təkanverici qüvvəsinə çevrilən İKT-nin inkişafı və bu tərəqqi fonunda əqli mülkiyyət hüquqlarının qorunmasına həsr olunan konfransın əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, hazırda dünyada dörd milyardadək insan virtual məkanın üzvüdür və bu məkanda münasibətlərin tənzimlənməsi insan hüquqlarının qorunmasının mühüm məsələlərindəndir.

Cəmiyyətdə informasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayan Rəbiyyət Aslanova demişdir ki, bu, milli təhlükəsizliyin tərkib hissəsidir.

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı dünyada müəllif hüquqlarının qorunmasına mane olan amillərdən söz açmışdır. Bildirmişdir ki, son illər planetimizdə münaqişə nöqtələrinin sayı artmışdır. Müharibələr nəticəsində məhv edilən abidələrlə birlikdə onların müəlliflərinin də hüquqları ciddi şəkildə pozulmuş olur. Bu problemin aradan qaldırılması üçün dünyanın əqli mülkiyyət ictimaiyyəti fəaliyyətini daha da genişləndirməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev konfransın müasir dövr üçün son dərəcə aktual mövzuya həsr olunduğunu diqqətə çatdırmışdır. O, virtual aləmin üzvlərinin bu məkanın daxili qanunlarına əməl edə bilmələri üçün yüksək mədəniyyətə sahib olmalarının əhəmiyyətini vurğulamışdır.

Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində MHA-nın fəaliyyətini yüksək qiymətləndirən E.Babayev bildirmişdir ki, EİF bu ideyanı qrant şəklində dəstəkləyəcəkdir.

Sonra genişzolaqlı şəbəkə yayımı gücünün açıqlanması barədə videoçarx nümayiş olunmuşdur.

Konfransda MHA-nın sədri K.İmanov “Virtual məkan və müəlliflik hüququnun inkişafı” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatda “İnternet-copyright” münaqişəsinin mahiyyəti, kiberməkanda toqquşan maraqların riyazi təsviri və digər məsələlər barədə geniş məlumat verilmişdir. İstifadəçilərin, hüquq sahiblərinin və müəlliflərin münaqişə tərəfləri olduqları, onlar arasında münasibətlərin tənzimlənməsi yolları diqqətə çatdırılmışdır.

Daha sonra Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanovun “İnternet şəbəkəsində müəlliflik hüquqlarının pozulması ilə yerləşdirilən informasiyaya girişin məhdudlaşdırılması üçün mexanizmlərin hazırlanması” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə müəlliflik hüquqlarının pozulmasının qarşısının alınması yollarından, bu istiqamətdə həyata keçirilən tədbirlərdən geniş bəhs olunmuşdur.

Mövzular ətrafında müzakirələr aparılmış, təkliflər irəli sürülmüşdür.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO