Bakıda xeyriyyə konserti olub
Bakı, 9 fevral, Flora Şükürova, AZƏRTAC
Fevralın 9-da A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində olan “Oyuq” teatr-studiyasının yaradıcı gənc və yeniyetmələrinin iştirakı ilə xeyriyyə konserti təqdim olunub.
AZƏRTAC xəbər verir ki, “Sən bir nəğməsən” adlı konsert proqramında studiyanın istedadlı vokalçıları ilə yanaşı, Azərbaycan estradasının məşhur müğənniləri də bir-birindən parlaq ifalar səsləndiriblər.
Zəngin proqramlı konsertdə 19 yaşlı vokalçı Dinara Mahmudova da çıxış edib. Vətənində ilk dəfə səhnəyə çıxan bu istedadlı gəncimiz Rusiya və bir sıra Avropa ölkələrində keçirilən vokal müsabiqələrinin laureatı, Praqa Konservatoriyasının klassik vokal üzrə tələbəsidir.
R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında reallaşan musiqili axşamda çıxış edən studiya yetirmələri Azərbaycan estrada musiqisi inciləri ilə yanaşı, məşhur hitlərə müraciət ediblər. Konsert maraqla qarşılanıb.
Konsertdə paytaxtımızda fəaliyyət göstərən uşaq sığınacaqları, azyaşlıların yardım və inteqrasiya mərkəzləri, təşkilat və cəmiyyətlərin üzvü olan uşaqlar da iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]