Bakının “Neftçi” klubu UEFA Avropa Liqasına qələbə ilə başlayıb
Bakı, 27 avqust, AZƏRTAC
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” - “Şkupi” (Şimali Makedoniya) matçı Bakı klubunun qələbəsi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Neftçi” klubu “Bakcell Arena”da keçirilən oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, təmsilçimiz UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.