Balakəndə ağacəkmə aksiyasında 300 ağac əkilib
Balakən, 8 may, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mayın 8-də Balakən rayonunda ağacəkmə aksiyası təşkil olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya zamanı Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində, Katex kəndinin ərazisində müxtəlif növ 300 ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyada rayonun rəhbər işçiləri, gənclər, idarə və müəssisələrin kollektivləri iştirak ediblər.