Balakəndə bir tondan artıq çətənə bitkisi məhv edilib
Bakı, 18 may, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Qaysa kəndi ərazisində yabanı halda bitən çəkisi 470 kiloqram olan 1510, Şambul kəndi ərazisində isə ümumi çəkisi 830 kiloqram olan 3129 ədəd narkotik tərkibli çətənə bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.