Balıqçı gəmisinin çevrilməsi nəticəsində itkin düşən doqquz nəfərdən üçü tapılıb
Tokio, 21 oktyabr, AZƏRTAC
Yaponiya sahillərində Cənubi Koreyaya məxsus balıqçı gəmisinin çevrilməsi nəticəsində itkin düşmüş doqquz balıqçıdan üçü tapılıb. Onlardan ikisinin sağ qaldığı, üçüncünün səhhəti barədə isə məlumatın olmadığı qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi Xidməti oktyabrın 21-də məlumat yayıb. Bildirilir ki, gəmi Yaponiyanın qərbində yerləşən Şimane prefekturasının Okinoşima şəhərindən təqribən 200 kilometr şimalda çevrilmiş vəziyyətdə aşkar edilib. İlkin olaraq, gəminin doqquz nəfər heyət üzvü - dörd çinli, üç cənubi koreyalı və iki indoneziyalı itkin düşmüş sayılırdı.
Yaponiya Sahil Mühafizəsinin yaydığı məlumatda axtarışlara yardım edən Cənubi Koreyaya məxsus digər balıqçı gəmisi tərəfindən heyətin iki çinli üzvünün aşkar edildiyi qeyd olunub.
Cənubi Koreya Sahil Mühafizəsinin dalğıcları isə gəmidə axtarış zamanı daha bir heyət üzvünü tapıblar. Onun səhhəti barədə məlumat verilmir.
Gəmi aşkarlanarkən həmin rayonda küləyin sürətinin saatda 58 kilometr təşkil etdiyi bildirilib.
Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
- 15.06.2026 [08:02]
NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]