“BANK RESPUBLİKA” ƏMANƏTÇİLƏRİ ARASINDA AYLIQ UDUŞ KAMPANİYASININ NÖVBƏTİ TİRAJINI KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika” əmanətçiləri arasında aylıq uduş kampaniyasının növbəti tirajını keçirmişdir və Bankın daha 7 əmanətçisi mükafat qazanmışdır.
Bankın 2 əmanətçisinin hər biri 1000 ABŞ dolları məbləğində 2 pul mükafatı əldə etmişdir. Daha 5 əmanətçi isə kampaniyanın əlavə mükafatlarına sahib olmuşdur. Əlavə mükafat qazanan əmanətçilər öz istəklərinə əsasən 300 manat məbləğində mobil telefon, DVD pleyer, rəqəmli fotoaparat, qol saatı və ya iPod musiqi pleyeri seçə bilərlər.
Kampaniyada ən azı 6 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edir. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.
Bu günədək “Bank Respublika”nın 70 əmanətçisinin hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatı 85 əmanətçisi isə əlavə mükafatlar qazanmışdır.
“Bank Respublika” “Əmanət şərtlərinin sərbəst seçimi” depozit proqramı üzrə müştərilərə geniş imkanlar təklif edir. Bank bu ay depozitlər üzrə faiz dərəcələrini artırmışdır. Yeni şərtlərə əsasən manat və ABŞ dollarında olan əmanətlər üzrə maksimal faiz dərəcəsi illik 15 faiz təşkil edir.
Bankın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq, 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartları Home Banking və MobilBank xidmətinə pulsuz qoşulmaq, bank seyfindən pulsuz istifadə etmək imkanı qazanırlar. Onlar, bankın hesabına səyahət edə, tibbi sığorta oluna və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.