“Bank Technique” elektron arayış sisteminə qoşulub
Bakı, 18 iyun, AZƏRTAC
“Bank Technique” “Elektron Hökumət” (e-gov.az) portalı vasitəsilə elektron arayış sisteminə qoşulub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bankla portalın operatoru, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, vətəndaşlar bank xidmətlərindən istifadə etdikdə iş yerindən arayışları elektron qaydada təqdim edə bilərlər.
Elektron arayışların qəbulu bankın bütün xidmət nöqtələrində həyata keçirilir. Vətəndaşlar istənilən yerdən internet vasitəsilə e-gov.az portalına daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilər. Qeyd edək ki, e-arayışlar "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsi ilə formalaşdırılır. Elektron hökumət portalında xidmətlərdən yararlanmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etməklə qeydiyyatdan keçmək olar. Elektron arayışları həmçinin bankın xidmət nöqtələrində də əldə etmək mümkündür.
Ətraflı məlumatı www.banktechnique.az saytından əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]