BANM nümayəndələri İndoneziya səfirliyində
Bakı, 22 may, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İradə Əhmədova və Arzu Bədəlova İndoneziyanın Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi Vanda Vindya ilə görüş keçiriblər.
Ali məktəbdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı təhsil və mədəniyyət sahəsində əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.
Tədbirdə BANM-in fəaliyyəti, növbəti tədris ili üzrə qəbul kampaniyası çərçivəsində təqdim olunan proqramlar, həmçinin indoneziyalı tələbələr üçün mövcud təqaüd imkanları barədə ətraflı məlumat verilib.
Vanda Vindya İndoneziya səfirliyində təhsil və mədəniyyət sahəsində əməkdaşlığa məsul şəxsdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [16:42]
AzTU əməkdaşı Türkiyənin Hacettepe Universitetində elmi-tədqiqat işi aparıb
- 02.09.2026 [16:39]
Lisey və gimnaziyalara qəbulun II mərhələsinin nəticələri açıqlanıb
- 02.09.2026 [16:06]
Bakıda 71 məzun qızıl və gümüş nişana layiq görülüb
- 02.09.2026 [15:25]
BMU-nun üç ikili diplom proqramı üzrə qəbul planı tam yerinə yetirilib
- 02.09.2026 [15:11]
UNEC Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrini inkişaf etdirir
- 02.09.2026 [14:25]