RƏSMİ XRONİKA
BANQLADEŞ XALQ RESPUBLİKASININ PREZİDENTİ ZATİ ALİLƏRİ CƏNAB İACUDDİN ƏHMƏDƏ
Hörmətli cənab Prezident,
Banqladeşin Çandpur şəhərinin yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
10 iyul 2003-cü il.