BARAK OBAMA ABŞ PREZİDENTLİYİNƏ İLK QARADƏRİLİ NAMİZƏDDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Barak Obama ABŞ prezidentliyinə ilk qaradərili namizəd olmuşdur. O, Demokratlar Partiyasının ilkin seçkilərində Nyu-Yorkdan olan senator, sabiq birinci xanım Hillari Klintona qalib gəlmişdir.
Bundan əvvəl bildirilmişdi ki, xanım H.Klinton 2008-ci ilin noyabr seçkilərində Demokratlar Partiyasından namizəd B.Obamanın yanında vitse-prezident vəzifəsinə namizədliyini irəli sürməyə hazırdır.
Lakin H.Klinton seçkiqabağı kampaniyada seçicilər qarşısında son çıxışında özünün gələcək siyasi taleyi ilə bağlı qəti qərarı yaxın günlərdə qəbul edəcəyini demişdir.
B.Obamanın qələbəsindən onun siyasi opponenti Con Makkeyn də qaradərili demokrat namizədin qüsurlarını diqqətə çatdırmaqla yararlanmışdır. Onun sözlərinə görə, İllinoys ştatından senatorun seçkiqabağı vədləri amerikalıların inanmalı olduqları dəyişikliklər deyildir.
C.Makkeyn demişdir: “O, ilk baxışdan güclü təsir bağışlayır, lakin ABŞ-da dəyişikliklər etmək üçün zəruri olan çətin sınaqlara, öz partiyasına meydan oxumağa hazır deyildir. Mən isə buna hazıram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]