Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Bakı, 16 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
İdarədən AZƏRTAC-a daxil olan müraciətdə küləkli və yağmurlu hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına yollarda daha diqqətli və məsuliyyətli olmaları ilə bağlı çağırış ünvanlanıb. Hava küləkli olduğu üçün sürücülərə nəqliyyat vasitələrini parklayarkən ağacların, irihəcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamaları tövsiyə olunub.
“Yağışlı hava şəraitində yol örtüyünün yaş olması və eniş-yoxuşlarda suların axması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq, sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar.
Yağışın yağması nəticəsində yolların bəzi yerlərində gölməçələrin yaranmasına görə sürücülər həmin ərazilərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, yağış suları səkilərdə hərəkət edən və ya yolu keçməkdə olan piyadalara, habelə binalara və başqa nəqliyyat vasitələrinə sıçramasın.
Eyni zamanda, piyadalar hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçməlidirlər. Ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamalı və yolları onların rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən keçməlidirlər”, - deyə müraciətdə qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]