BAŞ KONSUL “BAYCAN” RADİOSUNUN QONAQLARI...
Türkiyədə yayımlanan “Baycan” radiosu Azərbaycanın İstanbuldakı baş konsulu Xeyrəddin Qocanı dekabrın 25-də dinləyicilərlə “görüşdürmüşdür”. Baş konsul proqrama Amerikanın Los-Anceles şəhərində yaşayan və İstanbulda səfərdə olan azərbaycanlı müğənnilər Yaqub Zurufçunu və Məhbubə xanımı da dəvət etmişdir. Proqramın aparıcısına qoşulan çoxlu tamaşaçı da qonaqlara telefonla suallar vermiş, müsahiblərinin maraqlı cavablarını və söhbətlərini dinləmişlər. Baş konsul “Baycan” radiosuna Azərbaycan musiqisindən ibarət xeyli kaset bağışlamışdır.
Proqram müddətində onlarca Azərbaycan mahnısı səslənmiş, xalqımızın mədəniyyəti, musiqisi haqqında ətraflı məlumatlar verilmişdir.
Gündə 24 saat yayımlanan “Baycan” radiosu Azərbaycanın təbliği işini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]