Baş Prokurorluq narkomaniyanın fəsadlarına dair videomüraciət yayıb
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu müasir dövrdə ciddi sosial bəlaya çevrilən narkomaniyanın fəsadları ilə bağlı videomüraciət yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan videomüraciətdə deyilir: “Narkomaniya xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan tibbi-sosial bəladır. İnsan bədənində və mənəviyyatında sağalmaz yaralar açan narkomaniya dolayı yolla intihardır.
Həyat yaşamağa dəyər, sağlam həyatdan imtina etmə!
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı və istifadəsi halı ilə üzləşdikdə isə dərhal 961 - Çağrı Mərkəzinə müraciət et!
#narkomaniyayayoxdeyək
#narkotikasılılığınason
#narkomaniyaintihardır”.