BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır VİDEO
Şamaxı, 21 may, AZƏRTAC
Mən Keniyadanam. Keniyaya gedəndən sonra da Azərbaycan, o cümlədən Bakı və Şamaxı haqqında oxuyub, daha çox öyrənəcəyəm.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələrinin Şamaxıya mediaturu zamanı BBC-nin əməkdaşı Peter Müangangi deyib.
O, Bakı və Şamaxıya ilk dəfə səfər etdiyini, Bakıda havanın mülayim, Şamaxıda isə sərin olduğunu bildirib.
“Səfər zamanı diqqətimi çəkən əsas məqamlardan biri də odur ki, xalqınız dəhşətli zəlzələ, müharibə görsə də, yenə də çətinliklərin öhdəsindən gələrək dağılanları bərpa edir, qurur və qoruyur”, - deyə o əlavə edib.
Qeyd edək ki, mayın 17-22-də keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxıya mediatur təşkil olunub.
Müxbir – Rəşad Türkoğlu