BDU-da “Heydər Əliyev Müasir Azərbaycanın qurucusudur” mövzusunda Respublika virtual elmi konfransı keçiriləcək
Bakı, 8 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə iyunun 11-də 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev Müasir Azərbaycanın qurucusudur” mövzusunda Respublika virtual elmi konfransı keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi konfrans Microsoft Teams platforması üzərindən saat 12:00-da başlayacaq. Virtual elmi konfransda iştirak etmək istəyənlər iyunun 10-u saat 17:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.