BDU-da qış imtahan sessiyası yanvarın 7-dən başlayacaq
Bakı, 29 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası 2024-cü il yanvarın 7-də başlayacaq. Bu barədə BDU Elmi şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçiriləcək.
İmtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü ilin fevral ayının 5-dən 14-dək şərait yaradılacaq.
Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25 faizdən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]
“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol
- 16.06.2026 [10:48]
Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar
- 16.06.2026 [10:38]
DİM və IAEA arasında əməkdaşlıq genişlənir
- 16.06.2026 [10:31]
Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir
- 15.06.2026 [12:28]