BDU-nun Astrofizika kafedrası: Hazırda geomaqnit sahə sakit və stabildir
Bakı, 2 mart, AZƏRTAC
Hazırda Günəşdə baş verən alışmaların aktivlik indeksi sarı zonaya düşür (cəmi beş olmaqla yaşıl, sarı, narıncı, qırmızı və bənövşəyi indeks mövcuddur), geomaqnit sahə sakit və stabildir.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, martın 5-dən 7-dək geomaqnit sahənin aktiv hala keçəcəyi, geomaqnit şəraiti göstərən Kp əmsalının 10 ballıq şkala ilə 4-5, martın 15-i üçün isə 4 olacağı proqnozlaşdırılır. Martın 25-dək geomaqnit şəraitin sakit olacağı, martın 25-dən 28-dək geomaqnit şəraitin yenidən fəallaşacağı gözlənilir. Bunun nəticəsində Kp əmsalının 4-7 intervalına, geomaqnit qasırğasının isə G2 (orta) və G3 (orta, nisbətən daha güclü) səviyyəsinə çatacağı proqnozlaşdırılır.
Hazırda Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99 faiz, M sinif alışmalar üçün 50 faiz, X sinif alışmalar üçün isə 15 faizdir. Martın 2-dən 4-dək Kp əmsalı 1-3 intervalında dəyişəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]